Yuxarı

Lukaşenkonun 5 rayon təklifi ilə açılan sirr: Rusiyanın mövqeyi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lukaşenkonun 5 rayon təklifi ilə açılan sirr: Rusiyanın mövqeyi...

Son zamanlar regionda baş verən siyasi hadisələr Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən iclasına böyük təsir göstərdi. Belə ki, QDİƏT iqtisadi təşkilat olmaqla yanaşı, artıq siyasi məsələləri də əhatə etməyə başlayıb

Bunu Axar.az-a açıqlamasında “Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.

“Qara dənizdə siyasi vəziyyət Ukrayna-Rusiya böhranına görə xeyli kəskinləşib. Bu mənada QDİƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasının Bakıda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki Azərbaycanın həm Ukrayna, həm də Rusiya ilə çox yaxşı münasibətləri var. Bakıda səsləndirilən bəyanatlar isə birbaşa sülh və ölkələr arasında barışığın bərpa olunmasına xidmət edir”, - ekspert bildirib.

Politoloq bu kontekstdə Azərbaycan XİN rəhbərinin “QDİƏT məkanında regional əməkdaşlıq üçün ən böyük maneələr həll olunmamış münaqişələrdir” fikrini dəstəkləyib:

“İclasda Qarabağ məsələsinin müzakirəsi də xüsusi önəm kəsb edir. Çünki son zamanlar Rusiyanın Dağlıq Qarabağla bağlı mövqeyində dəyişiklik hiss olunur. Moskva məsələnin həlli istiqamətində danışıqların və müzakirələrin güclənməsinin tərəfdarıdır. Bakıda bu müzakirələrin getdiyi bir vaxtda Belarus Prezidenti Aleksandr Lukaşenkonun Qarabağla bağlı çox ciddi bəyanatı xüsusilə diqqət çəkir. O, faktiki olaraq Rusiya, Belarus və digər MDB ölkələri arasında problemin tənzimlənməsi prosesində gedən tendensiyaları açıqladı. Ermənistanın 5 rayonun qaytarılmasına razı olmaması bir daha dəqiqləşdi. Bununla da sülh prosesini təhlükəyə atan, müharibəyə meyilli tərəfin İrəvan olduğu sübuta yetirildi. Belə ki, 2019-cu ildə Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqlar prosesi yeni mərhələyə keçəcək”.

Qeyd edək ki, ötən gün Bakıda QDİƏT üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirilib.

Tarix
2018.12.15 / 13:06
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ermənistana 9 vaqon buğda və 1 vaqon propan göndərildi

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla