Yuxarı

Qovulan qatil ailəsi öz kəndlərində dəfn edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qovulan qatil ailəsi öz kəndlərində dəfn edildi

Goranboyda 7 nəfəri öldürən Rafiq Hüseynovun intihar edən qardaşı və infarkt keçirərək ölən atası torpağa tapşırılıb.

Axar.az-a rayondan verilən məlumata görə, bu gün səhər saatlarında baş verənlərə dözməyərək özünü asan Afiq Hüseynov və oğlunun intiharına tab gətirməyərək, ürəyi dayanan atası Müzəffər Hüseynov dəfn olunublar. Goranboyun Səfikürd kəndində yas məclisi qurulub. Kənddə hər kəs bu hadisədən danışır.

Kənd camaatının sözlərinə görə, bu adamları ictimai qınaq və xəcalət hissi öldürüb. Çünki R.Hüseynovun 7 nəfəri öldürməsindən sonra bu nəsli kəndə buraxmamaq tələb olunurdu. Bir nəfərin səfeh addımına görə bütün ailənin kənddən qovulmasına A.Hüseynov dözməyib və intihara əl atıb.

Qardaşı Fikrət Hüseynov da intiharın bu səbəbdən baş verdiyini açıqlayıb. Xatırladaq ki, baş verən bütün bədbəxtliklərə Hüseynovlar ailəsinin oğlu Rafiq Hüseynov səbəb olub.

O, bu ilin oktyabrın 1-də beş həftənin gəlini olan həyat yoldaşı Südabə Məmmədova da daxil olmaqla 7 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən cinayət törədib. Rafiq Hüseynov qurbanlarını öldürərkən həm odlu silahdan istifadə etmişdi, həm də onların yatdığı otağa qumbara atmışdı.

Tarix
2014.11.04 / 12:32
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla