Yuxarı

Xocavənd sakini Baş prokurora müraciət etdi: Pulunu ala bilmir...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocavənd rayon sakini Elvin Knyaz oğlu Quliyev başına gələn dələduzluq olayı ilə bağlı baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov və ədliyyə naziri Fikrət Məmmədova müraciət edib.

Axar.az xəbər verir ki, şikayətçi müraciətinin bir nüsxəsini də Teleqraf.com-un redaksiyasına göndərib.

O, müraciətində qeyd edib ki, “Mersedes-180” markalı avtomobili Bakı şəhərindəki 22 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş etibarnamə əsasında Bakı şəhər sakini Murad Həsənovdan satın alıb:

“Sonrada pula ehtiyacı olduğu üçün həmin avtomobili 2012-ci ildə Elşən Nəbiyevə satdım. Onunla avtomobilin qiymətini 6500 dollara razılaşdıq. İlkin olaraq Elşən mənə 1000 dollar verdi. Qalan 5500 dolları tezlikcə verəcəyini vəd etdi. Mən də avtomobili baş etibarnamə əsasında Elşənin sahibliyinə verdim.

Elşən Nəbiyev mənə 5500 manat borcu olması barədə öz xətti ilə iltizam yazıb verib. Həmin vaxtdan indiyə kimi Elşən Nəbiyev mənə olan 5500 dolları qaytarmayıb. O, müxtəlif bəhanələrlə borcu qaytarmaqdan imtina edir”.

Şikayətçinin qeydlərinə görə, Elşən Nəbiyevin qanunsuz əməllərindən mülki qaydada Şəki rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib, hakim Mehman Nuriyevin sədrliyi ilə baş tutan iclasda onun iddia ərizəsi araşdırılıb, xeyrinə qərar qəbul edilib:

“Hakim sonda Elşən Nəbiyevdən 5500 ABŞ dollarının mənə verilməsi barədə qətnamə çıxardı. Qətnamə 2013-cü ilin oktyabrında icra olunması üçün Ədliyyə Nazirliyinin Şəki rayonu üzrə İcra şöbəsinə göndərildi. Qətnamə icra məmuru Elşən Ziyəddinovun icraatına verildi.

Elşən Ziyəddinov qətnamənin icra edilməsi üçün Şəki rayon Məhkəməsinə müraciət etdi. Məhkəmə qətnamənin icrası üçün qərardad qəbul etdi. İcra sənədlərinə görə, qətnamənin 10 gün müddətinə icra etməsi barədə borcluya vaxt verilməsinə baxmayaraq, bu günə kimi heç bir tədbir görülməyib.

Sonradan sənədlər Cəlal adlı başqa bir icra məmuruna həvalə edilsə də, yenə heç bir tədbir görülmür. Dəfələrlə Şəki rayon icra şöbəsinin rəisi Məzahir müəllimə müraciət etmişəm. Həmişə eyni cavab verilib ki, borclunu tapa bilmirik. Hətta deyirlər, borclunun tapılması üçün polis orqanlarına müraciət etmişik. Amma nəticə yoxdur”.

Şikayətçi müraciətində müvafiq qurumların vəzifəli şəxsləri tərəfindən süründürməçiliyə məruz qaldığını göstərib: “İşimin həll edilməsini öyrənmək üçün dəfələrlə Məzahir müəllimə, həmçinin işi araşdıran icra məmuru Cəlal müəllimə müraciət etmişəm.

Bildirirlər ki, Elşən Nəbiyevi axtarışa veriblər. Onun tapılması üçün müvafiq sənəd Şəki şəhər polis şöbəsində inzibati polis bölmələrindən birinin sahə müvəkkili olan Hacı müəllimin icraatındadır. Sahə müvəkkili ilə telefon əlaqəsi saxlamağa dəfələrlə cəhd etsəm də, o, zənglərimə cavab vermir. Məmurlar işi süni olaraq uzadırlar. Bu səbəbdən qətnamənin icra olunması illərdir gecikir.

Şəki pasport-stolun işçisi Şəfiqə Məmmədova ilə əlaqə saxlayıram. Deyir ki, tapa bilmirik.

Amma Elşən Nəbiyev ölkə ərazisindədir. O, mobil telefonunda Azərbaycan nömrəsidir, Votsapda qeydiyyatdadır, özünə də zəng çatır. Hər gün "onlayn" olur. Onu tapmaq əlaqədar orqanların əlindən çox asan işdir.

Elşən Nəbiyevin üzərində başqa bir cinayət işi də var. Barəsində olan həmin cinayət işində də o, dələduzluqda təqsirləndirilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb. Onu tapmaq, mənə qarşı dəymiş ziyanın ödənilməsini təmin etmək çox asandır”.

Şikayətçi əlavə edib ki, Elşən Nəbiyevin ona qarşı dələduzluq etməsi ilə bağlı barəsində müvafiq tədbir görülməsi üçün tədbir görülməsi üçün müvafiq göstəriş verməsini istəyib.

Elvin Quliyev həmçinin göstərib ki, Elşən Nəbiyevin ona qarşı vurmuş ziyanla bağlı icra məmurlarının icraatında iş olsa da, işin icraatı ilə bağlı heç bir tədbir görülməməsi ilə bağlı ədliyyə naziri Fikrət Məmmədovdan da göstəriş verməsini xahiş edib:

“Nazirə müraciətimdə göstərmişəm ki, icra məmurları məni süründürülər. Deyirlər ki, axtarışa vermişik, amma qeyd etdiyim polis zabitləri deyirlər ki, axtarırıq, tapa bilmirik. Halbuki Elşən Nəbiyevi tapmaq çox asandır. Onun ev ünvanı, telefon nömrəsi də bəllidir. Nədənsə onu tapmaqda, müvafiq quruma təhvil verməkdə polis işləri maraqlı deyil. Bu işi nəzarətə götürməsini nazirdən xahiş etmişəm”.

Elvin Quliyev daxili işlər naziri Ramil Usubovdan da məsələsini diqqətə saxlamasını istəyib.

Tarix
2019.02.01 / 01:01
Müəllif
Axar.az
Digər xəbərlər

Yaşar Gülər Ankaradakı səfirliyimizdə - Foto

Bələdçi: Kapitan suya enmək fikrini buna görə dəyişdi

“Embraer” şirkətinin mütəxəssisləri Aktauya getdi

Tayms: Pilotlarla danışıqların stenoqramı göstərir ki... - Video

Qəza ilə bağlı bu məlumat yalandır! - Sağ qalan bələdçi

Dostu: Qəzadan sonra İqorla 29 saniyə danışdıq, dedi ki... - Video

PUA-larla döyüşdə təyyarə səhvən vurulub? Hiyləgərlər!

AZAL-ın vurulan təyyarəsi.. - Yeni video

Putin Kurenkovla Aktaudakı qəzanı müzakirə etdi

AZAL təyyarəsini vurulması hansı dəhşətli faktı üzə çıxartdı?

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla