Yuxarı

Prezident eks-deputatın oğluna general rütbəsi verdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentin bugünkü sərəncamı ilə general-mayor hərbi rütbəsi alan polkovnik Yusif Həsən oğlu Mirzəyev tanınmış alim Həsən Mirzəyevin oğludur.

Axar.az xəbər verir ki, 1927-ci ildə Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisi) anadan olan Həsən Mirzəyev ölkənin tanınmış ictimai xadimi, məşhur “91-lər”dən biri idi. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Həsən İbrahim oğlu Mirzəyev millət vəkili də seçilmişdi.

“Şöhrət” ordenli Həsən Mirzəyev Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdü. 25 fevral 2015-ci ildə Bakı şəhərində vəfat edib.

Yusif Mirzəyev 2018-ci il 20 fevralda Prezidentin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, bu gün Prezidentin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin maliyyə və maddi-texniki təminat üzrə müavini Şahvələd İsmayıl oğlu Əliyevə də general-mayor ali hərbi rütbəsi verib.

Tarix
2019.02.11 / 21:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edildi

İlham Əliyev misirli həmkarını təbrik etdi

III Beynəlxalq Şuşa Forumunun Xankəndidə keçirilməsi...

Gərginlik kritik həddə: Moskvanın regionla bağlı planı...

Fransız casus məhkəmədə şok etiraflar etdi

Trampın Əliyevin çıxışını paylaşması hansı anlama gəlir?

Suriya üzrə danışıqlar yenə Bakıda keçiriləcək

Ərdoğan Kamran Əliyevi qəbul etdi

Ukrayna buna görə Azərbaycana təşəkkür etdi

AZAL təyyarəsini vurmağı əmr edən generalla bağlı qərar - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla