Yuxarı

Türkiyə dünyaya demokratiya dərsi keçdi – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə dünyaya demokratiya dərsi keçdi – Şərh

31 mart seçkilərinin hər kəsə kritik mesajları oldu.

Bu sözləri Axar.az-a açıqlamasında QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib. O bildirib ki, bu seçkilər türk millətinin dəyişikliyə tərəf olduğunu məhəlli miqyasda göstərmiş oldu:

“Xalq cənub-şərqi Anadoluda bəzi yerlərdə HDP bələdiyyələrinə AKP-çi, Orta Anadoluda bəzi AKP bələdiyyələrinə MHP-çi, sahillərdə bəzi AKP və MHP bələdiyyələrinə Millət İttifaqı, böyük şəhərlərdə Cümhur İttifaqı yerinə Millət İttifaqı namizədlərini seçərək, bunu bir daha nümayiş etdirdi. Digər tərəfdən türk milləti yeni yaradılan prezident idarə-üsulunda qüvvələr balansını da özü tamamladı. Bu tarazlığa əsasən idarəetmənin rəhbərliyinə ən böyük partiyanın sədrini seçdi, qanunvericilikdə ən böyük ittifaqın həssas balansını qurdu, yerli seçkilərdə isə əsasən böyük şəhərlərdə müxalifətə fürsət verdi. Ancaq bələdiyyə seçkilərində də ümumilikdə ən çox dəstəyi AKP-yə verərək, bu seçkilərdə də balansı qorumağı bacardı. Beləliklə, türk milləti demokratiyanın ən həyati prinsiplərindən sayılan qüvvələr ayrılmasının özünəməxsus modelini qurdu”.

N.Cəfərsoy vurğulayıb ki, türk milləti seçki nəticələri ilə istisnasız bütün partiyalara mesaj verərək Türkiyəni birləşdirən ortaq milli dəyərləri döyüşdürən və zəiflədən “kimlik siyasəti” əvəzinə, birləşdirən və qüvvətləndirən “xidmət siyasəti” istədiyini göstərib:

“Bu mesajları doğru oxuyaraq türk millətinə xidmət edən bütün partiyalar mükafatını növbəti seçkilərdə alacaq. Qısası, bu seçkinin ən qazanclısı türk milləti və Türkiyə oldu. Bundan əlavə sözügedən seçkilər türk və islam dünyası üçün də örnək olmaq potensialı daşıyır”.

Qeyd edək ki, 31 martda Türkiyədə bələdiyyə seçkiləri keçirilib.

Tarix
2019.04.02 / 14:04
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Fransa Azərbaycana təşəkkür etdi

Əgər Xəzər çətin vəziyyətdədirsə... - Leyla Əliyeva

İranda dəqiq zərbələr: növbə məscidlərindir?

Əli Əsədov Mişustinlə danışdı

Aralıq və Egeydə 22 milyon ton neftayırma potensialımız olacaq

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

“Qızıl Azərbaycan”a zərbə: bu görüntü təəccüb doğurdu - Video

İsrail 160 şagirdi niyə öldürdü? - Xəritə

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Qərbi Azərbaycanın 2 şəhərində 5 hədəfə zərbə endirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla