Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
8 Dekabr 2019


DGK sədri ABŞ nümayəndə heyəti ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 15-də Dövlət Gömrük Komitəsi və ABŞ-ın Ədliyyə Departamenti Narkotiklərlə Mübarizə Administrasiyasının nümayəndə heyətləri arasında görüş keçirilib.

Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Axar.az-a bildirilib ki, görüş Bakıda başlayan Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) çərçivəsində baş tutub. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Azərbaycan və ABŞ arasında uzun illərə söykənən mövcud strateji əməkdaşlığa toxunub, bu əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirib. Azərbaycanın aidiyyəti qurumlarının Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Konfransın işində daim fəal iştirak etdiklərini vurğulayan komitə sədri 36-cı konfransın ikitərəfli əməkdaşlığın inkişafı və dərinləşdirilməsi üçün əlavə imkanlar yaratdığını diqqətə çatdırıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gömrük sistemində ciddi islahatlar aparıldığını diqqətə çatdıran S.Mehdiyev bu islahatların korrupsiya hallarının aradan qaldırılması, şəffaflığın təmin olunması ilə yanaşı, narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasında da ciddi dönüş yaratdığını vurğulayıb.

İstər fiskal siyasətin həyata keçirilməsi, istər narkotik vasitələrin qaçaqmalçılığının qarşısının alınması istiqamətində Azərbaycan gömrük orqanlarının mühüm nailiyyətlər əldə etdiyini bildirən komitə sədri beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinin gömrük hüquqpozmalarına qarşı mübarizədə mühüm rol oynayacağına əminliyini ifadə edib.

ABŞ Narkotiklərlə Mübarizə Administrasiyası rəhbərinin səlahiyyətlərini icra edən Uttam Dillon konfransın yüksək səviyyədə təşkil edilməsində göstərilən dəstəyə görə Azərbaycan Gömrük Xidmətinə təşəkkürünü bildirib. Ölkələrimiz arasındakı əlaqələrdən, eyni zamanda, Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıqdan məmnunluqla bəhs edən U.Dillon Bakı konfransının beynəlxalq əməkdaşlığın gücləndirilməsində və qarşıya qoyulan məqsədlərin reallaşdırılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2019.04.15 / 19:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Zurabişvili İlham Əliyev barədə: Ən uğurlu lider...

Ziya Bünyadovun oğlu dünyasını dəyişdi

İki partiya seçkiyə namizədlərini təsdiqlədi

Prezidentdən heç kəsin gözləmədiyi qərar...

Şamaxı sakini Prezidentin evinə qonaq gəlməsindən danışdı

Onun yanındakı insanlar hər dəfə məyus olmaq istəmirsə...

Baş nazir təsdiqlədi: Hakimlərə məzuniyyət haqqı..

Şahin Mustafayevə yeni vəzifə verildi

Prezident: Bura mühafizə olunmalıdır, gözətçilər...

Prezidentdən nazirə: Gələndə gördüm ki, yolboyu...

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla