Yuxarı

Bakı ilə bu sahədə əməkdaşlıqda maraqlıyıq - Qrobarçik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı ilə bu sahədə əməkdaşlıqda maraqlıyıq - Qrobarçik

Polşa Respublikasına rəsmi səfəri çərçivəsində nazir Elmar Məmmədyarov bu ölkənin Dəniz İqtisadiyyatı və Daxili Naviqasiya naziri Marek Qrobarçik ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, görüşdə Marek Qrobarçik Polşa limanlarının fəaliyyəti haqqında ətraflı məlumat verərək, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə böyük potensialın mövcudluğunu vurğulayıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanla Polşa arasında limanlararası əməkdaşlığın vacibliyini qeyd edərək, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı və limanın tikintisinin hər üç mərhələsi haqqında dolğun məlumatı qarşı tərəfin diqqətinə çatdırıb. Həmçinin nazir Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı ilə Qdansk Dəniz Limanı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun artıq razılaşdırıldığını qeyd edib.

Daha sonra M.Qrobarçik Azərbaycanla gəmiqayırma sahəsində əməkdaşlıq etməyə maraqlı olduğunu qeyd edərək, iki ölkə arasında texnologiya sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, ölkəsinin dəniz məhsullarının istehsalı ilə bağlı Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə iki ölkə arasında tranzit və intermodal daşıma məsələləri haqqında müzakirələr aparılıb.

Nazir Elmar Məmmədyarov Marek Qrobarçiki Azərbaycana səfərə dəvət edib.

Tarix
2019.04.17 / 23:48
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda bu mətbuat konfransı kiber hücumlara məruz qaldı - Foto

Bakı beynəlxalq müzakirə platformasına çevrilir - Deputat

Azərbaycan XİN Efiopiyaya başsağlığı verdi

Növbəti raket hücumu: Türkiyə İrana cavab verə bilərmi?

Bayramov Fidanla danışdı: Türkiyəyə raket hücumu...

Əli Əsədov türkiyəli nazirlə görüşdü

İrandan sonra növbəti ölkə... - Qorxuya düşdülər

Türkiyəyə raket hücumu: Azərbaycan MN-dən reaksiya...

Putinin Əliyevə zənginin səbəbləri - Rusiyadan baxış

Bu, dinc sakinlər üçün ciddi təhlükə yaradır - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla