Yuxarı

Azərbaycanda bu şəhərin 28 ildir başçısı yoxdur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın böyük şəhərlərindən biri olan Xankəndində rəsmi dövlət orqanları mövcud deyil.

30 kv/km-ə yaxın sahəsi, 55 mindən çox əhalisi olan Xankəndi şəhərində nə icra hakimiyyəti orqanları, nə də məhkəmə orqanları fəaliyyət göstərir.

Yalnız qanunverici orqanda - Milli Məclisdə Xankəndi şəhərini təmsil edən millət vəkili fəaliyyət göstərir.

Məlumat üçün bildirək ki, rəsmi məlumatlara görə şəhər əhalisinin təxminən 1/5-ni azərbaycanlılar təşkil edir. Hazırda Xankəndinin işğal altında olması səbəbindən şəhərin azərbaycanlı əhalisi ölkənin digər rayonlarında məskunlaşıblar.

Mərkəzi Seçki Komissiyası 122 saylı Xankəndi seçki dairəsində 13 məntəqə formalaşdırıb və son məlumata görə bu dairədə 4 838 seçici qeydə alınıb.

2005-ci ildən etibarən keçirilən bütün seçkilərdən sonra Xankəndi şəhərini Milli Məclisdə mərhum Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova təmsil edir. Onu da qeyd edək ki, Xankəndi şəhəri üzrə Milli Məclisə ilk dəfə 2005-ci ildə seçkilər keçirilib.

Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, Xankəndi ilə yanaşı Ağdərə rayonu da bərpa edilərək öz rəsmi statusuna qovuşmalıdır:

"Xankəndində 1988-ci ilə qədər orta hesabla 16-17 min azərbaycanlı yaşayırdı. Bunlar ermənilər tərəfindən yurd-yuvasından qovuldu, didərgin salındı və öldürüldü. Xankəndi Azərbaycan Respublikasının şəhəridir və rəsmi bir qurumda təmsil olunmalıdır. Xankəndində təkcə düşmənlər yaşamayıb, azərbaycanlılar yaşayıb və ora tarixən Qarabağ xanın kəndi olub. Ermənilər buraya sonradan gəlib. Ona görə də mən burada müvafiq bir icra struktrunun olmasını məqsədəuyğun hesab etmişəm".

Tarix
2019.04.22 / 23:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla