Yuxarı

Bağdadinin Qafqaz planı: Niyə məhz indi? - Sensasion açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə İŞİD terror qruplaşmasının liderinin videomüraciətlə çıxış etməsi bütün dünyada geniş rezonans doğurub. Bağdadinin gözlənilmədən peyda olması və müraciəti nə anlama gəlir?

Məsələ ilə bağlı Axar.az-a açıqlamasında şərqşünas, “3-rd VIEW” analitik mərkəzinin rəhbəri, hərbi ekspert Rauf Rəcəbov sensasion fikirlər səsləndirib.

“Mən videonu izlədim. Burada bir sıra suallar ortaya çıxır. Hansı şəkildə? Axı biz bir sıra böyük dövlətlərin İŞİD-in tam zərərsizləşdirilməsi və terrorçuların lideri Bağdadinin öldürülməsi barədə açıqlamalarını xatırlayırıq.

Üstündən aylar keçdikdən sonra belə bir video meydana gəlir. Niyə bu gün? Bu təsadüf deyil. Qanunauyğunluq, belə deyək, nəticədir. Bütün bu ekstremist-radikal matrisanın Yaxın Şərqdən köçürülməsi arzusu var. Onların artıq orada yeri yoxdur. İndi bütün bu ekstremist bataqlıq Əfqanıstan ərazisinə axacaq. Ancaq bu gün taliblər özlərini İŞİD-ə qarşı vuruşan döyüşçülər kimi göstərirlər. Bunu anlamaq lazımdır. Bugünkü Taliban hərəkatı ilk müqaviməti göstərir və Əfqanıstan ərazisindəki İŞİD-çilər üzərində qələb qazanır. Əfqanıstanın şimalında taliblər artıq terror qruplaşmasını məhv edə biliblər. İndi döyüşlər Nanqarhar əyalətində - İŞİD-in güclü mövqelərə sahib olduğu yeganə ərazidə gedir.

Bütün bunlar sərbəst şəkildə Qafqaz ərazisinə gəlsə, İŞİD-ə qarşı kim mübarizə aparacaq? Biz özümüz özümüzlə vuruşuruq. Bu terrorçulara isə məhz bu şərtlər lazımdır. Gürcüstanın Pankisi dərəsində bu yaxınlarda baş verənləri xatırlayaq. Pankisi dərəsinin çeçenlərinin çoxu İŞİD sıralarında olub. Bu gün isə onlar artıq Gürcüstanı “partlatmağa” cəhd göstərirlər”, - Rəcəbov bildirib.

Tarix
2019.05.03 / 16:18
Müəllif
Əli, Orxan
Digər xəbərlər

Mühüm detal: Şahin Şıxlinski könüllü təslim olub - Foto

Şahin Şıxlinski Moskvada görün harada saxlanılıb...

Azərbaycan Suriyaya qaz verdi - 4 ölkədən bəyanat

Bakının bu addımı Suriyada qayıdışı sürətləndirir - Zorlu

Yekaterinburqda azərbaycanlılara məxsus bazar ləğv edildi

Bakıdan Dəməşqə uzanan enerji körpüsü... – Təhlil

Azərbaycandan Suriyaya nə qədər qaz ötürüləcək?

Trampın təklifi: Putin 10 günü gözləmədən cavab verdi

Yaxın gələcəkdə Zəngəzur dəhlizi üzərindən... - Bayraqdar

SOCAR Yaxın Şərqdə fəaliyyətini genişləndirəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla