Yuxarı

Kredit kartlarına limit: Yeni mexanizm nəyi dəyişəcək? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kredit kartlarına limit: Yeni mexanizm nəyi dəyişəcək? - Video

Vətəndaşlar əvvəlki kimi kredit kartları ilə böyük məbləğlər götürərək borclanmayacaqlar. Başqa sözlə, artıq vətəndaşın kredit kartından istifadəsi ilə bağlı yeni limitlər tətbiq edilir.

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, bununla bağlı Mərkəzi Bank borclanma mexanizmini sərtləşdirib. Yəni kredit kartları üzrə borcalanın limiti bundan sonra rəsmi gəlirinin 5 misli ilə məhdudlaşdırılacaq. Üstəlik, bu hesablanarkən vətəndaşın digər banklar qarşısındakı kredit öhdəlikləri də nəzərə alınacaq.

Əgər kredit kartı limiti borcalanın gəlirindən 5 dəfə çoxdursa, bu zaman bank bu riskli limiti yalnız öz kapitalının 1 faizindən artıq olmayacaq şəkildə verə bilər. Yeni tələblər banklara da birbaşa təsir edəcək. Belə ki, bu məhdudiyyətlər bankların kapitalının qorunmasını və risklərin vaxtında dəyərləndirilməsini nəzərdə tutur.

Ekspertlər hesab edirlər ki, bu tənzimləmə həm də vətəndaşları gəlirlərini rəsmiləşdirməyə təşviq edəcək.

Qeyd edək ki, bununla da kredit kartı ilə əvvəllər olduğu kimi rahatlıqla iri məbləğlər götürmək dövrü geridə qalır. Yeni sistem daha ehtiyatlı və düşünülmüş borclanmanı önə çıxarır.

Daha ətraflı aşağıdakı süjetdə:

Tarix
2025.08.03 / 01:43
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla