Yuxarı

Heydər Əsədov yeni rəis təyin etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydər Əsədov yeni rəis təyin etdi

Bakı Şəhər Baytarlıq İdarəsinə rəis təyin olunub.

Bunu öz açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. Y. Xanvəli rəis vəzifəsinə Aslan Aslanovun təyin olunduğunu bildirib: "Yəqin ki, yaxın günlərdə işdən azad olunan digər şəxslərin də vəzifəsinə yeniləri təyin olunar. Bu nazirin səlahiyyətində olan məsələdir".

Yeni rəisin bu gün kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev və Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmovanın iştirakı ilə kollektivə təqdim olunduğunu söyləyən Y. Xanvəli bildirib ki, yeni rəis öz fəaliyyətinə başlayıb.

Qeyd edək ki, bir neçə gün öncə Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Şahmar Abdullayev, İdarənin Müalicəxanasının həkimi Şahlar Əliyev, İdarənin mühasibi Mina Daşdəmirova və Binəqədi rayon Baytarlıq Məntəqəsinin müdiri Mədət Qocayev öz ərizələri ilə işdən azad olunublar (APA).

Tarix
2013.12.09 / 17:05
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi

Ordumuz hərb tarixinin ən şərəfli səhifəsini yazdı - Qafarov

Türkiyə XİN şəhidlərimizi belə yad etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla