Yuxarı

İlham Əliyev federasiya prezidentini qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev federasiya prezidentini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də Beynəlxalq Atçılıq Federasiyasının prezidenti Şahzadə Haya Bint Al Hüseyni qəbul edib.

AzərTAc xəbər verir ki, Şahzadə Haya Bint Al Hüseyn İordaniya Haşimilər Kralı II Abdullahın və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubay Əmiri Əlahəzrət şeyx Məhəmməd bin Rəşid Al Məktumun salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Beynəlxalq Atçılıq Federasiyası Baş Assambleyasının illik iclasının Bakıda keçirilməsinin önəmi qeyd olundu, ölkəmizdə idmana, o cümlədən atçılıq idman növünün inkişafına dövlət səviyyəsində göstərilən diqqətdən məmnunluq ifadə edildi, Azərbaycanda müasir idman infrastrukturunun yaradılması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulandı.

Söhbət zamanı birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə verdiyi töhfənin nəticəsi kimi dəyərləndirilidi.

Dövlətimizin başçısı İordaniya Haşimilər Kralının və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubay Əmirinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniya Kralına və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş nazirinə, Dubay Əmirinə çatdırmağı xahiş etdi.

Tarix
2014.12.12 / 13:58
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla