Yuxarı

Paşinyan Qarabağda müharibə arzulayır? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan Qarabağda müharibə arzulayır? - Video

14:54

Son günlərdə qoşunların təmas xəttində erməni aqressiyasının artmasının iki səbəbi ola bilər.

Axar.az xəbər verir ki, bunu Aznyus.az xəbər portalının baş redaktoru Taleh Şahsuvarlı qeyd edib. O, Ermənistan ordusunun təxribatları nəticəsində son vaxtlarda Azərbaycan ordusunun iki hərbçisinin şəhid edilməsinin əsas səbəblərinə diqqət çəkib:

“Birincisi, bu göstərişin arxasında Paşinyan özü dayanırsa, deməli, erməni cəmiyyətini qanla ovutmağa çalışır. Üstəlik, Azərbaycanın hərbi əməliyyatlara başlamasını onun hakimiyyətinə qarşı daxildəki həmlələri səngidəcəyini düşünür.

İkincisi, Paşinyan orduya nəzarət edə bilmir. Dağlıq Qarabağdakı erməni komandirləri Azərbaycanı hərbi əməliyyatlara təhrik etmək istəyirlər. Həmin komandirlər öz güclərinə də, Azərbaycan ordusunun gücünə də yaxşı bələd olduqlarından əmindirlər ki, hərbi əməliyyatlar başlayacağı təqdirdə bizim Silahlı Qüvvələrimiz ilk gecədə bir neçə rayonu işğaldan azad edəcək. Bu isə Paşinyanın ertəsi gün hakimiyyətdən silahla qovulması deməkdir”.

T.Şahsuvarlının sözlərinə görə, bütün hallarda Paşinyanın Ermənistanı idarə edə bilməməsi açıq-aşkar görünür:

“Azərbaycan məqamı doğru seçməlidir. Elə seçməlidir ki, hərbi əməliyyatlar Paşinyana qarşı daxili hücumları səngitməsin, onun hakimiyyətini möhkəmləndirməsin, eyni zamanda, Qarabağ klanını Ermənistanda hakimiyyətə daşımasın və Qarabağı Azərbaycana qaytarsın”.

Tarix
2019.06.10 / 17:33
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Paşinyan qələbəyə inamla irəliləyir: Bakı ilə sülh sazişi...

Azərbaycanı, Ermənistanı dəstəkləmək lazımdır - Zelenski

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəfində

Azərbaycan Britaniya üçün vacib tərəfdaşdır - Nazir

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Paşinyanın reytinqi Rusiyanı dəli etdi - Son sorğu

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla