Bu gün şəhid Elşad Quliyevin doğum günüdür…
Hər şeyin zamana qarışmasında onun yaddaşla baglılığı göstərici
olaraq qalır. Əbədi qəhrəmanlar da zamanın süzgəcindən keçərək
yaddaşa iz salır. Tarix isə yaddaşa çökəndə qorunur. Əminliklə deyə
bilərdim ki, qəhrəmanı da bu cür mogikandır.
Zaman illəri geri qoydu. 2012-ci ilin aprel ayında baş verən
hadisələr bizi yadlaşmayan bir ünvana, zamana boylanmağa səsləyir.
Bu baxımdan, MTN-nin polkovnik-leytenantı Elşad Vəli oğlu Quliyevin
vətən yolunda olan xidməti aydın, şəffaf bir həqiqətdir. Onun üçün
milli-dəyərlərə hörmət içindəki qəhrəmanlıq ideyalarına sadiq
qalmaq idi. Buna görə də vətənpərvərlik göstərərək qorxu hissi
aşılamadan həyatını ölümə atdı.
Polkovnik-leytenant Elşad Quliyev haqqında yazdıqlarım məni həm
kədərləndirir, həm də qürurlandırır. Azərbaycanın qəhrəmanlıq
tarixinə iz qoyan bir igid barəsində yazmaq çox kədərlidir.
2012-ci il. Bu tarix E.Quliyevin həyatının son mərhələsi oldu.
Elşad Quliyev xilaskar kimi üzləşdiyi ölümdən xilas ola bilməyib
əbədi qəhrəmana çevrildi. Qəhrəman sözünü ona görə işlədirəm ki,
onun həyat uğurları yalnız bu mərhələyə gedib çatan pillələrdən
ibarət idi.
Elşad Vəli oglu Quliyev 19 dekabr 1972 ci ildə Zəngilan
rayonunda anadan olub. 1990-ci ildə isə Zəngilanda 1 saylı orta
məktəbi bitirib, 1991-ci ldə Azərbaycan Texniki Universitetinə
qəbul olunub. Qarabağ muharibəsi zamanı torpaqlarımızın
mudafiəsində iştirak edib.
1995-ci ildən MTN-nin xususi təyinatli dəstəsində zabit rutbəsi
ilə işə başlayıb. Dəfələrlə xüsusi əməliyyatlarda iştirak edib.
2005-ci ildə "İgidliyə görə", 2006-cı ildə "Qüsursuz xidmətə
görə", 2009-cu ildə "Vətən uğrunda" medalları ilə, ölmündən sonra
isə "Azərbaycan Bayrağı Ordeni" ilə təltif olunub.
2012-ci il aprelin 6-da o, MTN-nin Gəncədə terror törətməyə
hazırlaşan silahlı qruplaşmaya qarşı keçrilən əməliyyat zamanı
qəhrəmancasına həlak oldu.
***
O, bizlərdən biri idi. Hər insan kimi, onun da özünəməxsus
xüsusiyyətləri vardı. Biz onunla fəxr edirdik. Çünki o, vətəni
qorumağın, xalqa sədaqətin parlaq nümunəsini göstərməyi
bacarırdı.
Elşad Quliyevin ömür yolu tərcümeyi-hal şəklində beləcə sakit
bir axarda görünür. Amma biz bu ömürlüyün izinə düşüb mahiyyətinə
vardıqda hər anının fərqli mərhələlərdən keçdiyinin şahidi
oluruq.
Təranə Şükürlü, dosent