Yuxarı

Polkovnik: Ermənilər ilk dəfədir qırıcımıza raket atır... – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

08:00

Əgər düşmən qısa zamanda özünə nəzarət edə bilməsə, Azərbaycan düşmənə öz gücünü göstərib torpaqlarını müharibə yolu ilə azad edərək ərazi bütövlüyünü bərpa etməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Şair Ramaldanov iyunun 12-də Füzuli istiqamətində planlı təlim uçuşları həyata keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin Ermənistan silahlı qüvvələrinin OSA zenit-raket kompleksi vasitəsilə vurulması cəhdlərindən danışarkən deyib. O qeyd edib ki, Silahlı Qüvvələrimiz bu təxribatın qarşısını almaqla bir daha ordumuzun nəyə qadir olduğuna düşmənə sübut etdi:

“Bu təxribatlar onu göstərir ki, Dağlıq Qarabağda gərginlik günü-gündən artmağa davam edir. Digər tərəfdən, biz Qarabağ münaqişəsinin tarixinə nəzər salsaq, görərik ki, Ermənistanda daxili gərginlik yarandıqda və ya danışıqlar ərəfəsində düşmən cəbhə bölgəsində təxribatların sayını artırır və atəşkəs daha çox pozulur. Amma bu günə qədər ermənilər heç vaxt bizim pilotumuza atəş açmayıb. Düşmən son illərdə ilk dəfədir hava hücumundan müdafiə sistemini işə salıb və Azərbaycana qarşı təxribat həyata keçirib. Bizim pilotlarımız bu təxribatın qarşısını məharətlə alıb və düşmənin istəyinə çatmasına mane olublar. Ordumuz bununla bir daha göstərdi ki, onlar düşmənin bütün təxribatlarına tam hazırdır”.

Hərbi ekspert Ermənistan tərəfinin Azərbaycana müharibə yolundan başqa seçim qoymadığını bildirib:

“Ölkə başçısı bundan əvvəl çıxışlarında sərt şəkildə bəyan etdi ki, Dağlıq Qarabağ ərazisində baş verəcək toqquşmalara görə, münaqişənin həll prosesində maraqlı olmayan tərəf məsuliyyət daşıyır. Bundan sonra Azərbaycan hər an öz torpaqlarını azad etməyə başlaya bilər. Artıq ciddi hərbi təlimlərin start götürməsi sübut edir ki, Ermənistan Azərbaycana güc yolundan başqa seçim qoymur. Bunun üçün bu təlimlərin həyata keçirilməsi həm bəzi beynəlxalq qurumları, həm də erməni rəhbərliyini ciddi narahat edir. Yayılan informasiyalara görə, Ermənistan rəsmiləri artıq beynəlxalq təşkilatlara müraciət edərək, Azərbaycanın hərbi addımlarından sığortalanmağa çalışırlar. Azərbaycan Silahlı Qüvvələrinin bu cür ciddi təlimləri etməsi əlbəttə ki, düşmən tərəfini narahat edir. Beləliklə, istər beynəlxalq təşkilatlar, istərsə də Ermənistan tərəfi bilməlidir ki, bundan sonra da Azərbaycan ərazi bütövlüyünü bərpa etmək istiqamətində konkret addımlar atacaq”.

Qeyd edək ki, iyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata keçirilib. Təlim zamanı Ermənistan silahlı qüvvələri OSA zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrimizi vurmağa cəhd göstərib. Pilotlarımızın peşəkarlığı nəticəsində atılan hər iki raket hədəfdən yayınaraq havada partlayıb.

Tarix
2019.06.14 / 12:01
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla