Yuxarı

Kuznetsov: Nədənsə İran vurur, amma ABŞ-a xeyri olur... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranla ABŞ arasında düşmən xarakterli münasibətlər nə dünən, nə də bu gün yaranıb. Bu münasibətlərin başlanğıcı 70-ci illərin sonunda İran inqilabı ilə qoyulub. Artıq İran-İraq müharibəsi zamanı ABŞ Yaxın Şərq və ya Fars körfəzi regionunda öz geosiyasi məqsədlərinə çatmaqdan ötrü konkret olaraq İraqı dəstəkləyirdi. ABŞ-la İran arasındakı hibrid müharibə artıq 40 ildir davam edir.

Bu sözləri Axar.az-a açıqlamasında Rusiyanın tanınmış ictimai xadimi, tarixçi-alim Oleq Kuznetsov ABŞ-la İran arasında mümkün müharibə ehtimalı və müharibənin regiona təsiri barədə danışarkən deyib.

“Əgər axtarış sistemlərində “ABŞ-ın İrana zərbə endirməsi” yazsaq, o zaman hələ 1991-ci ilin “Səhrada tufan” əməliyyatı zamanından qalma xəbərlər də daxil olmaqla, çox sayda məlumatın olmasının şahidi olarıq. Buna görə də tərəflər arasında münaqişənin yaxın vaxtlarda başladığını söyləmək düzgün olmazdı. Çünki hələ ötən il, ABŞ-ın Hərbi Hava Qüvvələri Suriya və İraq ərazisindəki İran mövqelərinə bir neçə dəfə raket zərbələri endiriblər. Heç kimə sirr deyil ki, özünün dövlət məzhəbi – şiəliyə görə İran öz qüvvələrini İraqa – Kərbəla istiqamətinə yönəldir və hazırda İraq ərazisində bu ölkənin qüvvələri mövcuddur. Burada SEPAH-la əlaqəli qüvvələr saxlanılır. Bunlar isə ABŞ hərbçilərinin mütəmadi hədəfləri arasında yer alırlar. İran buna niyə etiraz edə bilmir? Çünki bu zaman məntiqli bir cavab gələcək: sizin özünüzün burada nə işiniz var?“ - Kuznetsov bildirib.

Ekspertin sözlərinə görə, Tramp dövründə İrana qarşı ritorikanın bir qədər kəskinləşməsi müşahidə olunsa da, bu, Obama dövründəkindən çox az fərqlənir. Buna görə də hansısa III Dünya müharibəsinin başlayacağını, Fars körfəzində vəziyyətin pisləşəcəyini ehtimal etmək düzgün deyil:

“Çünki tankerlərə hücum hazırda iqtisadi cəhətdən iki ölkə üçün sərfəlidir. Hazırda ABŞ və Rusiya neft qiymətlərinin qalxmasına oynayır. Bunu həmçinin Azərbaycana da aid etmək olar. Azərbaycan bu hücumlarla bağlı neft qiymətlərinin yüksəlməsindən iqtisadi preferensiyalar əldə edəcək üçüncü ölkələrdəndir. Fars körfəzinin digər bütün ölkələri və ya bütün digər ərəb ölkələri, belə deyək, neft şeyxləri bundan yalnız itirəcəklər. Çünki daşınmalara zərbə endirildiyi üçün onlarda hasilat aşağı düşəcək. Fars körfəzi və Yaxın Şərqdən kənarda, hətta Venesuelada neft gəlirləri artdığı bir vaxtda bu ölkələrdə vəziyyət pisləşəcək.

Bu səbəbdən də düşünürəm ki, İran rəhbərliyi tankerlərə hücum edərək öz ayağına güllə vuracaq qədər “axmaq” deyil. Çünki belə olan halda İrana qarşı yönələn bütün şübhələr onun neft ixracının həcmini azaldacaq. Nəyə görə İran öz əli ilə özünə problem yaratsın? Nə qədər qəribə olsa da, Yaxın Şərq ölkələrindən ABŞ-ın digər iqtisadi rəqiblərinə neft aparan bu tankerlərə hücumla bağlı vəziyyət ABŞ üçün sərfəlidir. Belə olan halda isə öz rəqiblərinin enerji təchizatını bərpa etmək üçün müharibəyə başlamaq ABŞ-a gərəksizdir”.

Ekspert həmçinin mümkün müharibənin regiona təsiri barədə danışıb:

“Müharibə təkcə Azərbaycan və Cənubi Qafqaz üçün deyil, ümumilikdə Asiya üçün qlobal humanitar problemlərə səbəb olacaq. Belə ki, İranda əhalinin təxminən 10 milyonunu orta sinif təşkil edir. Əhalinin bu hissəsi rahatlıqla ölkəni tərk edə bilər. Müharibə başlayacağı halda İrandan 10-15 milyon qaçqın köç edəcək. Azərbaycanın 25 il Ermənistandan gələn qaçqınların rifahını təşkil etmək üçün çalışdığını, Avropanın Afrika və suriyalı miqrantların axınına məruz qaldığını, Türkiyəyə milyonlarla suriyalı qaçqının gəldiyini nəzərə alsaq, çox çətin bir vəziyyət yaranacaq. Nəzərə alsaq ki, bu say yalnız İrandan mülkləri ilə birlikdə dərhal çıxmağa imkanı olan şəxslərin sayıdır, o zaman Donbasdan çox sayda əhalini ərazisində qəbul etmiş Rusiya üçün də təxminən 5 milyon qaçqını qəbul etmək ağır olacaq. Müharibə olacağı halda qaçqınlar həmçinin mərkəzi Asiya (məsələn, Türkmənistan) istiqamətində də yayılacaqlar. Yekun nəticədə ABŞ-İran müharibəsi bütün Avrasiya üçün qlobal humanitar faciə səbəbidir deyə bilərik”.

Tarix
2019.06.21 / 16:24
Müəllif
Nərminə, Orxan
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla