Yuxarı

YAP SŞ üzvü: “Bu tənəzzül iqtisadi proses deyil”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
YAP SŞ üzvü: “Bu tənəzzül iqtisadi proses deyil”

YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri, iqtisadçı Aydın Hüseynovun Rusiyaya tətbiq edilən sanksiyalar, onların nəticələri və neftin ucuzlaşmasının Azərbaycana təsiri ilə bağlı Axar.az müsahibəsini...

- Neftin qiymətinin ucuzlaşması Azərbaycana nə vəd edir?

- Əslində, Azərbaycan neftin ucuzlaşmasının milli iqtisadiyyata ciddi təsirlərinin hiss olunmamasını 2009-cu il neft böhranı dövründə nümayiş etdirib. Hələ 5 il əvvəl dünya maliyyə böhranının gözlənilən təsirlərini dəf edən Azərbaycan hökuməti öz mükəmməl iqtisadi proqramları, iqtisadi modeli ilə dünyada iqtisadi itkilərdən uğurla çıxan azsaylı ölkələrdən biri oldu. Azərbaycan hökumətinin təsirli tədbirləri ölkəmizin dünya maliyyə böhranının meyillərindən kənarda qalmasına səbəb olub. Ümumiyyətlə, xarici təsirlərə qarşı güclü immunitetin yaradılması sabit iqtisadi və maliyyə bazarının formalaşmasına imkan verib.

Hazırda da Azərbaycanda iqtisadi artım tempi dünya üzrə göstəricilərdən yüksəkdir. Dünyada bu gün iqtisadi geriləmə baş verir, artım tempi Avropa ölkələrində 0,5-1 faiz təşkil edir. Amma Azərbaycanda bu rəqəm 2-3 faizdir. Azərbaycanın yüksək iqtisadi göstəricilər əldə etməsində güclü iqtisadi siyasət, makroiqtisadi siyasətin təkmilləşdirilməsi, biznes mühitinin yaxşılaşdırılması üçün aparılan islahatlardır.

Prezident İlham Əliyev bəyan etdi ki, neftin qiymətinin dünyada uçuzlaşmasına baxmayaraq, Azərbaycanda bu hiss olunmur. Dövlət başçısının bəyan etdiyi kimi çünki bizim çox güclü iqtisadi dayaqlarımız var.

Neftin ucuzlaşması Azərbaycanın real büdcə öhdəliklərini yerinə yetirməsinə də mane olmayacaq. Amma bu prosesin uzun zaman belə davam etməyəcəyini nəzərə alsaq, bir müddətdən sonra neft gəlirlərində yenidən artımın müşahidə olunacağını proqnozlaşdırmaq olar.

Digər tərəfdən, Azərbaycanda qeyri-neft sektoru inkişaf edir. Artıq qeyri-neft sektorunun ümumi daxildə payı hər il artır və artıq neft sektorunun ÜDM-də payının 50 faizə çatıb. Gəlin il isə bu rəqəm 60 faizə çatacaq. Nəticədə Azərbaycan iqtisadiyyatının neftdən kənar sahələrinin inkişafı sayəsində milli iqtisadiyyatımız daha da inkişaf edəcək.

- Bu proseslər Azərbaycanın milli valyutası olan manata necə təsir göstərə bilər?

- Bu gün dünyanın ən nəhəng iqtisadi tədqiqat institutlarının və nüfuzlu reytinq agentliklərinin ekspertləri, maliyyə qurumlarının nümayəndələri bildirirlər ki, Azərbaycan manatı bölgədə ən dəyərli və sabit valyutadır. Bütün dövlətlərin maliyyə sferası, pul-kredit bazarı, milli valyutası dünya iqtisadi böhranının təsirlərinə məruz qalaraq müəyyən fəsadlarla üzləşdiyi halda Azərbaycan böhranın hər bir fazasından itkisiz çıxdı. Avropa dövlətlərinin əksəriyyətinin maliyyə bazarına sarsıdıcı zərbə vuran böhran onların valyuta bazarına da təsir etdi, amma respublikamızın maliyyə və pul bazarında heç bir mənfi tendensiya müşahidə olunmadı. Bir çox ölkələrdə baş verən valyuta böhranı Azərbaycanın maliyyə bazarının həddindən artıq sağlam və dözümlü olması səbəbindən respublikamıza təsir göstərmədi. Azərbaycanın milli valyutasının dəyərini qoruması isə iqtisadiyyatımızın və maliyyə sektorunun güclü olmasının nəticəsidir.

Azərbaycanın milli valyutası o qədər möhkəmlənib ki, hətta dolların real dəyəri 2014-cü ildə MDB zonasında 20 faiz artsa da, respublikamızda eyni tempdə qalıb, hətta 0,4 faiz ucuzlaşıb. Rusiya rublu son beş ayda manata nisbətdə 60 faizə yaxın dəyərini itirib. Digər ölkələrin valyutalarının da manat qarşısında dəyərsizləşməsinin şahidi olmaq mümkündür.
Neftin uçuzlaşması və digər amillərə baxmayaraq, 2015-ci ildə manatın məzənnəsinin qorunub saxlanması əsas tədbirlər sırasında olacaq. Hökumətin çevik monetar siyasəti, effektiv nəticələrə zəmin yaradan sərbəst məzənnə rejimi, pul bazarının dərinləşməsi və digər institusional işlərin həyata keçirilməsi ilə bağlı mühüm preventiv tədbirlər həyata keçirməsi milli valyutanın dəyərinin sabitliyinə əhəmiyyətli dərəcədə baza yaratmış olur. Həyata keçirilən pul siyasətinin makro və mikroiqtisadi diaqnostikasının gücləndirilməsi, monetar siyasətin balanslaşdırılmış sistem üzrə aparılması manatın dayanıqlığını artıracaq.

Hökumətin həyata keçirdiyi pul-kredit siyasətinin əsas məzmununu milli valyutanın bazarda aktiv pul aləti kimi çəkisinin artırılması təşkil edəcək. Məzənnə siyasəti valyuta bazarında tələb və təklif arasında tarazlığın təmin olunmasına və bu əsasda manatın ABŞ dollarına qarşı məzənnəsinin əhəmiyyətli tərəddüdlərinin qarşısının alınmasına yönəldiləcək. Manatın dollara qarşı məzənnəsi sabit qalsa da, qlobal valyuta bazarındakı proseslərdən asılı olaraq digər valyutalara qarşı məzənnəsinin dəyişməsi gözlənilir. Bu amillər nəzərə alınmaqla milli valyutanın məzənnəsinin sabitliyi üçün qabaqlayıcı tədbirlər görüləcək.

Amma rublun ucuzlaşmasının digər MDB ölkələrinə ciddi zərələr vurması qaçılmazdır. Artıq bu, bəzi ölkələrdə, xüsusilə də, Rusiyanın idxalından asılı olan ölkələrdə hiss olunur. İqtisadiyyatı tamamilə Rusiyadan asılı oloan Ermənistanda böhran başlayıb. Erməni pulu olan dram son bir həftədə 20 faizə yaxın dəyərini itirib. Ümumiyyətlə, rublun dəyərdən düşməsi Ermənistan üçün faciələrin baş verməsinə səbəb olacaq. Çünki ölkə tamamilə Rusiyadan asılıdır. Hətta "erməni iqtisadiyyatı" anlayışı demək olar ki, yoxdur. Rusiyada baş verəcək proseslər Ermənistan iqtisadiyyatına dərhal birbaşa təsir edəcək. Eləcə də Asiya ölkələrinin bəziləri rublun məzənnəsinin düşməsi nəticəsində öz valyutalarını dəyərini itirməyə doğru gedir.


- Rublun məzənnəsinin düşməsi Rusiyada işləyən azərbaycanlılara və dolayısı ilə Azərbaycana necə təsir göstərəcək?

- Rublun uçuzlaşması Rusiyanın sahibkarları iş adamlarına müəyyən təsirlərini göstərdiyi kimi, təbii ki, bu ölkədə çalışan azərbaycanlılaraın gəlirlərinə də təsir edəcək. Amma bəzilərinin iddia etdiyi kimi azərbaycanlıların Rusiya bazarlarını tərk etməsi, geri qayıtması inandırıcı deyil. Rusiyada bir neçə dəfə böhran halları baş verib: 1998 və 2009-cu illərdə baş verən böhran zamanı da müəyyən problemlər oldu, amma azərbaycanlı sahibkarlar və miqrantlar öz işlərini dayandırmadılar. Həmin tendensiyalara əsaslanaraq qeyd etmək olar ki, azərbaycalılar öz işlərini davam etdirəcəklər.

Rusiyadakı böhranın Azərbaycana təsirinə gəlincə, ölkəmiz Rusiyadan asılı deyil. Ümumiyyətlə götürdükdə isə Azərbaycan iqtisadiyyatının hazırkı inkişafı, yeni iş yerlərinin yaradılması ölkəmizdə kiçik sahibkarlığa dövlət dəstəyi Rusiyadan hansı səbəblərə görəsə geri qayıdan insanların burada işlə təmin olunmasına imkan verir.

- Rusiyanın dərin iqtisadi böhrana gorməsi proqnozlarını necə dəyərləndirirsiniz?

- ABŞ və Avropa Birliyinin sansiyaları həqiqətən Rusiya iqtisadiyyatına öz mənfi təsirlərini göstərməyə başlayıb. Son bir ayda neftin qiymətinin uçuzlaşması isə bu ölkənin maliyyə-valyuta bazarına bütün iqtisadi strukturlarına təsir etməkdədir. Artıq dünyanın iqtisadi reytinq qurumları Rusiya iqtisadiyyatı haqqında mənfi rəylər verməkdədir. İki reytinq agentliyi ölkənin suveren reytinq proqnozunu pisləşdirib. "Standard&Poor’s" və "Fitch Ratings" agentlikləri bu ölkənin reytinq proqnozunu "sabit"dən "mənfi"yə endirib. Proqnoz dəyişiklikləri bu ölkəyə qarşı sanksiyalarla bağlıdır. "Standard&Poor’s" ÜDM artımı proqnozunu 2014 və 2015-ci illərdə 1,2% və 2,2%-ə korrektə edib (2,2%-dən və 2013-cü ilin dekabrında 3,0%-dən). Agentliyin fikrincə, I rübdə kapitalın ölkədən çıxması 60 milyard dollar təşkil edib.

Dünya Bankı da proqnozunu dəyişib və proqnozlara görə, 2014-cü ildə Rusiya iqtisadiyyatında artım 1% -dən də aşağı olacaq.

Situasiya göstərir ki, Rusiya müəyyən müddətə iqtisadi böhranın təsirlərini yaşayacaq.
Amma Rusiyanın dərin böhran keçirəcəyi, iqtisadiyyatının defolt olacağı gözlənilmir. Rusiya güclü dövlətdir və bu böhranı dəf etməyə qadirdir.

- Rusiyanın düşdüyü böhran onu Ukrayna məsələsində geri çəkilməyə vadar edə bilərmi? Yəni sanksiyalar nəticədə hədəfinə çata bilərmi?

- Bu, siyası məsələdir. Rusiya həmişə bəyan edib ki, Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşır və suverliyini dəstəkləyir. Hazırkı böhranı tamamilə Ukrayna hadisələri ilə əlaqələndirmək düzgün olmazdı. Son aylarda Rusiyanın bir sıra maliyyə strukturlarında iqtisadi problemlər nəzərə çarpırdı və iqtisadiyyatın tempində geriləmələrin olacağı hiss olunurdu. Sonrakı proseslər, xüsusilə də dünya yanacaq bazarında baş verənlər bu məsələnin fəallaşmasına səbəb oldu.

Tarix
2014.12.27 / 09:20
Müəllif
Nazlı Onur
Digər xəbərlər

İlham Əliyev beynəlxalq mükafata layiq görüldü

Azərbaycan bu ölkəni təbrik etdi

Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur

İlham Əliyev Ağ Evdəki atışma ilə bağlı paylaşım etdi

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla