Yuxarı

Bakı İrəvana təklif edib ki... – ATƏT-də müzakirə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz ATƏT regionunda olan münaqişələrin həll olunmasında daha qətiyyətli mövqe ortaya qoymalıyıq. Çünki ATƏT regionunda həll olunmayan münaqişələr digər regionlarda da yeni münaqişələrin yaranmasına səbəb olmaqdadır.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Tahir Mirkişili ATƏT Parlament Assambleyasının payız sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan artıq 25 ildir Ermənistan ilə Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə nizamlanmasına çalışır:

“Ermənistanın aqressiv siyasətini davam etdirməsi və hərbi işğala əsaslanan mövcud status-kvonun saxlanılması üçün atdığı addımlar, həmçinin, bu yaxınlarda bu ölkənin rəhbərinin anneksiya ilə bağlı verdiyi bəyanat regionda situasiyanın gərginləşməsinə səbəb oldu. Bir neçə həftə öncə Ermənistanın Baş naziri Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək, Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistanın bir hissəsi elan etmişdir. Bir neçə gün öncə isə Ermənistan əsgərlərinin açdığı atəş nəticəsində Azərbaycan-Ermənistan sərhədində bir mülki şəxs həyatını itirdi. Rusiya Xarici İşlər Nazirliyi və ABŞ səfirliyi gərginləşən bu situasiyadan narahatlıqlarının bəyan etdi. Ermənistan rəhbərliyinin məsuliyyətsiz və destruktiv mövqeyi münaqişənin sülh yolu ilə həllinə xidmət etmir, əksinə, münaqişənin həlli üzrə son danışıqların mahiyyətinə zidddiyət təşkil etməklə danışıqlar prossesinin pozulmasına yönəlir. Belə bir situasiyada biz ATƏT Parlament Assambleyasısını susmamağa, sahib olduğu rıçaqlardan istifadə etməklə Ermənistanı konstruktiv mövqeyə dəvət etməyə çağırırıq”.

Millət vəkili bildirib ki, biz müasir dünyada yaşayırıq və indiki zamanda insanlar öz valideynlərinin qəbirlərini ziyarət etmək istəklərinə görə həbsxanalarda yatmamalıdır:

“Hazırda erməni tərəfinin həbsxanalarında belə azərbaycanlı girovlar var. Hələ 2016-cı ildən Azərbaycan Ermənistan tərəfinə bütün əsir və girovların beynəlxalq təşkilatların vasitəçiliyi ilə “hamının hamıya” prinsip ilə dəyişdirilməsini təklif etmişdir. Amma bu günə qədər erməni tərəfindən müsbət cavab alınmayıb. Mən Ermənistan nümayəndə heyətinin də burda iştirakından istifadə edərək, onları öz hökumətləri ilə birlikdə bu humanitar aktı reallaşdırmağa və insanları evlərinə qaytarmağa çağırıram”.

Tarix
2019.10.05 / 23:21
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

COP29-un bağlanış iclası: ikinci hissə keçirilir - Canlı

Bu gün Bakıda mühüm addım atıldı - Nazir

COP29-da tarixi qərar qəbul olundu

Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi

Azərbaycana rəsmi təşəkkür qətnaməsi qəbul olundu

İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…

Brandon Vu COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...

Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?

İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla