Yuxarı

"MÜSAİD Azərbaycan"dan türk ordusuna dəstək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"MÜSAİD Azərbaycan"dan türk ordusuna dəstək

"Sülh çeşməsi" (Barış Pınarı) hərəkatının bölgə xalqlarına və regionumuza sülh və əmin-amanlıq gətirməsini arzulayırıq.

Report xəbər verir ki, bu barədə "MÜSİAD Azərbaycan"ın prezidenti Abdürrəhman Uzun Türkiyənin Fərat çayının şərqində həyata keçirdiyi antiterror əməliyyatı ilə yaydığı yazılı bəyanatda qeyd olunub.

Onun sözlərinə görə, bu hərəkat Türkiyənin ərazi bütövlüyünü qoruması baxımından xüsusi əhəmiyyət kəsb edir: “Türkiyə yerləşdiyi ərazinin çətin şərtləri səbəbilə, ərazi bütövlüyünü və sərhəd təhlükəsizliyini ön planda tutaraq, regionda sülh bazası olmaq məqsədi ilə hərəkət edir. Bölgə, sülhdən hər ötən gün uzaqlaşdırılmağa məruz qoyularkən, Yaxın Şərqdə sağlam düşüncənin təmsilçisi olan Türkiyənin bu vəziyyətə biganə qalması düşünülə bilməz. Bölgə, dərhal dinclik və əmin-amanlıq şəraitinə qovuşmalıdır. Bu çərçivədə Fərat hərəkatı əməliyyatı ilə başlayan və "Zeytun dalı" hərəkatı ilə davam edən, regiona sülh və əmin-amanlıq gətirməyə yönələn əməliyyatlar, dövlətimz zəruri hesab etdiyinə görə Fəratın şərqi istiqamətində davam edir”.

“Keçmişdən bu günə qədər türk və kürd xalqları ortaq bir tarixi bölüşməkdə, əsrlərdir birlik və bərabərlik içərisində yaşamaqdadır. Bu baxımdan, Türkiyə Cümhuriyyətinin, vahid bayraq altında Qurtuluş savaşı mübarizəsi apardığı kürd xalqına qarşı hər hansı düşmənçilik mövqe nümayiş etdirməsi əsla düşünülə bilməz. Sərhəd xəttinin terrorçulardan təmizlənərək stabillik və əmin-amanlığa qovuşması, zülm və müharibə şəraitindən qaçıb vətənlərini tərk etmək məcburiyyətində qalan və Türkiyəyə sığınan Suriya xalqının həsrətini çəkdiyi öz torpaqlarına qovuşması üçün bir zərurətdir. Hərəkat çərçivəsində Avropa və ABŞ tərəfindən terror təşkilatı kimi tanınan PKK-nın Suriyada davamı olan PYD-YPG-nin Türkiyənin hüdudlarından kənara çıxarılması məqsədi güdülür. Türkiyə Silahlı Qüvvələrinin başlatdığı hərəkatın yeganə məqsədi Suriyanın ərazi bütövlüyünü qoruyaraq lazımi olanı etməkdir. “MÜSİAD Azərbaycan” olaraq, dövlətimizin həmlələrini və siyasi mövqeyini dəstəklədiyimizi ictimaiyyətə çatdırırıq. Bu münasibətlə, “Barış pınarı” hərəkatında qəhrəman əsgərlərimizə müvəffəqiyyətlər arzulayır, əməliyyatın başda region xalqları olmaq üzrə, ərazimizə tezliklə sülh, əmin-amanlıq və stabillik gətirməsini arzu edirik”, - deyə A.Uzun qeyd edib.

Tarix
2019.10.11 / 19:27
Müəllif
Axar.az
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla