Yuxarı

Mətbuat Şurasından qanunsuz aksiya ilə bağlı - Müraciət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mətbuat Şurasından qanunsuz aksiya ilə bağlı - Müraciət

Azərbaycan Mətbuat Şurası müxalifət nümayəndələrindən ibarət Milli Şuranın oktyabrın 19-da metronun “28 May” stansiyası yaxınlığında keçirdiyi icazəsiz aksiyada jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb.

Şuradan Axar.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin nümayəndələrindən ibarət birgə monitorinq qrupunun üzvləri ərazidə olublar.

Eyni zamanda jurnalistlər monitorinq qrupu üzvlərinin 050 206 96 92 və 055 288 95 53 mobil telefon nömrələrinə də zəng edərək vəziyyəti bildirmək imkanı əldə ediblər:

"Ümumən jurnalistlərin aksiyanı işıqlandırmaları üçün şərait yaradılıb. Ancaq aksiya ilə bağlı bir sıra təhlükəsizlik xarakterli məhdudlaşdırıcı tədbirlər eyni zamanda media mənsublarına da tətbiq edilib. Bununla əlaqədar monitorinq qrupuna məlumatlar daxil olub.

Jurnalistlərin tam əksəriyyəti aksiya zamanı üzərində “Press” yazılmış gödəkçələrdə olublar. Bununla belə, bir sıra KİV nümayəndəsi aksiyaya bu tələbə məhəl qoymadan qatılıb. Üzərində “Press” yazılmış gödəkçələrdə olan bəzi jurnalistlər isə özlərini aksiya iştirakçısı kimi aparıblar.

Azərbaycan Mətbuat Şurası bir daha bildirir ki, jurnalistlər heç bir halda özlərini aksiya iştirakçısı kimi aparmamalı, sırf peşə fəaliyyətlərini yerinə yetirməlidirlər. Mətbuat Şurasının monitorinq qrupu gələcəkdə də məsələni ciddi nəzarətdə saxlayacaq.

Mətbuat Şurası hüquq-mühafizə orqanlarının təmsilçilərini də bir daha üzərində “Press” yazılmış gödəkçələrdə olan media təmsilçilərinə müvafiq şərait yaratmağa, ümumən jurnalistlərlə əlaqədar həssaslıq nümayişinə, diqqətli davranışa çağırır".

Tarix
2019.10.19 / 21:57
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident və xanımı Gürcüstana getdi

Bakıdan Kremlə Qarabağ xatırlatması: Heç bir ölkə...

Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...

Zori Balayan öldü

Rövnəq Abdullayevlə bağlı qərar: 16 illik fəaliyyət dövrü

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla