Yuxarı

“Azərsu” qazdı, yağış yağdı, ərazi keçilməz oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərsu” qazdı, yağış yağdı, ərazi keçilməz oldu

Sabunçu rayon birinci Zabrat qəsəbəsi Seyid Əzim Şirvani küçəsində Azərsu ASC tərəfindən su xətti çəkildikdən sonra yollar təmir edilməyib.

Bu barədə sözügedən qəsəbə sakini Ramil Qasabov Axar.az-a ünvanladığı şikayət məktubunda qeyd edib. O bildirib ki, yağışlı hava şəraiti ilə əlaqədar həmin yollarda sakinlərin gediş-gəlişi çətinləşib:

“Bir neçə il əvvəl də Seyid Əzim Şirvani küçəsində kanalizasiya və su xətləri çəkilib. İşlər bitdikdən sonra aidiyyəti qurumlar yolun yarısını təmir etsələr də, digər yarısı üçün vəsaitlərinin çatmadığını bildirdilər. Buna görə, biz - məhəllə sakinləri məcbur olub, öz cibimizdən yolun qalan hissəsini təmir etdirdik. Təxminən 15 gün əvvəl Azərsu ASC-nin işçiləri yenidən su xətlərinin çəkilməsi üçün yolu qazdılar. Hazırda iş bitsə də, yollar təmir edilməyib. Son günlər hava yağmurlu keçdiyi üçün yollarımız istifadəyə yararsız vəziyyətə düşüb. Aidiyyəti qurumlara müraciət etsək də, cavabsız qalıb”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, sözügedən qəsəbənin digər küçələrində də təmir işləri davam etdiyi üçün yollar asfaltlanmayıb:

“Sözügedən ərazidə bizim podratçılar su xətlərini çəkiblər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə birlikdə koordinasiyalı iş görürük. Hazırda isə Zabrat qəsəbəsinin bir neçə küçəsində işlər davam etdirilir. Bütün küçələrdə xətlər çəkildikdən sonra həmin ərazilər asfaltlanacaq”.

Tarix
2019.11.05 / 01:03
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla