Yuxarı

Siyavuş Novruzov: “Köhnə məcəllə “aşsüzən”dir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Siyavuş Novruzov: “Köhnə məcəllə “aşsüzən”dir”

"İnzibati Xətalar Məcəlləsinə 1000-dən çox dəyişiklik edilib. Ona görə də bu məcəllə yenidən nəşr edilməlidir".

Publika.az-ın məlumatına görə, belə bir təkliflə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.

S.Novruzov deyib ki, köhnə İnzibati Xətalar Məcəlləsi "aşsüzən"dir: "Bu da məhkəmə və hüquq mühafizə orqanlarının işində müəyyən problem yaradır. Məhkəmə prosesi zamanı yeni dəyişiklik əvəzinə köhnə qaydaya görə qərar çıxarılır ki, bu da sonda ciddi problem yaradır. Parlamentimizin mətbəəsi var. Bu baxımdan təklif edirəm ki, parlamentin yaz sessiyası ərəfəsində İnzibati Xətalar Məcəlləsi yenidən nəşr olunaraq cəmiyyətə yeni formada təqdim edək".

Milli Məclisin sədri Oqtay Əsədov Siyavuş Novruzovun təklifinə cavab olaraq deyib ki, məcəllənin yeni formada nəşrinə ehtiyac yoxdur: "Çünki Məcəlləni yox, qanunları yenidən çap etməliyik. Ona görə də bunun başqa çıxış yolunu tapmalıyıq".

Tarix
2015.02.02 / 17:58
Müəllif
Axar.az
Digər xəbərlər

Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla