Yuxarı

Milli Məclis yenidən formalaşacaq - İlham Əliyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milli Məclis yenidən formalaşacaq - İlham Əliyev

Ölkəmizdə köklü islahatlar aparılır. Bu islahatlar demək olar ki, bütün sahələri əhatə edir. İqtisadi sahədə, maliyyə sektorundakı islahatlar, şəffaflıqla bağlı olan tədbirlər artıq öz gözəl nəticələrini verməkdədir. Mənə verilən məlumata görə, bu ilin 11 ayında təkcə vergi və gömrük orqanları büdcəyə plandan əlavə 934 milyon manat vəsait daxil etmişlər. Bunun da başlıca səbəbi kadr islahatıdır. Çünki həm vergi, həm gömrük orqanlarında köklü kadr dəyişiklikləri həyata keçirildi, yeni rəhbərlər təyin edildi. Beləliklə, nəticə də göz qabağındadır.

Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Hacıqabul rayonuna və Naftalan şəhərinə yeni təyin olunmuş icra hakimiyyəti başçılarını qəbul edərkən deyib.

Struktur islahatları ilə bərabər, kadr islahatlarının da aparıldığını vurğulayan dövlətimizin başçısı cəmiyyətin bu islahatları yüksək qiymətləndirdiyini qeyd edib.

“Prezident Administrasiyasının, Nazirlər Kabinetinin yeni strukturları təsdiq edildi, Milli Məclis yenidən formalaşacaq. Bütün bunların bir məqsədi var: ölkəmizin uğurlu inkişafını təmin etmək, ölkədə mövcud olan gözəl ab-havanı qoruyub saxlamaq, gənc peşəkar kadrlara imkan vermək ki, onlar özlərini göstərsinlər. Ümumi idarəetmə işlərində vəziyyət müasir standartlara cavab verməlidir”, - deyə Prezident bildirib.

Tarix
2019.12.04 / 18:27
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama

Bakı, Sumqayıt, Gəncə və Qarabağ... - Paşinyan

Bayramov Rusiyaya gedəcək - Səfər tarixi...

Sabir Rüstəmxanlı və xanımı PA-da - Görüş keçirildi

Britaniyanın yeni səfiri Bakıda - Video

Kənd təsərrüfatı məhsulları ucuzlaşacaq?

İlham Əliyev Kavelaşvilini təbrik etdi

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq

AXC-nin yaradılması dövlətçilik tariximizdə... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla