Yuxarı

Rusiyadan Bakı ilə "yol xəritələri" barədə mühüm - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan Bakı ilə "yol xəritələri" barədə mühüm - Şərh

Rusiya ilə Azərbaycan arasında əlaqələr iqtisadi kontekstdə yol xəritələri şəklində formalaşıb. Moskvanın nöqteyi-nəzərindən bu yol xəritələri təkcə Azərbaycanla deyil, bir çox digər tərəfdaşlarla da qarşılıqlı fəaliyyət üçün modul tipli yor xəritələridir.

Axar.az xəbər verir ki, bu sözləri Moskvada, “Rusiya-Azərbaycan: 2019-cu ilin yekunları” mövzusunda dəyirmi masada politoloq Aleksandr Karavayev səsləndirib.

O bildirib ki, Azərbaycanın çoxvektorlu siyasəti son illərdə fəal xarakterli siyasətə çevrilib. Yəni Azərbaycan müxtəlif geosiyasi qüvvələrə Cənubi Qafqazda öz layihələrini təklif edir. O, bu kontekstdə “Yeni İpək Yolu” layihəsinin rolunu xatırladaraq deyib: “Azərbaycan yol xəritələri mövzusunu fəal inkişaf etdirərək, bu xəritələri öz layihələri ilə zənginləşdirir ki, bu da bilavasitə çox əhəmiyyətli “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində əks olunur”. A.Karavayev vurğulayıb ki, Moskva ilə Bakı arasında müzakirə edilən layihələr iki ölkənin bu beynəlxalq dəhlizlərə, xidmət, əmtəə və işçi qüvvəsi axınına cəlb olunması səviyyəsini yüksəldir.

Politoloq xatırladıb ki, elə bu gün Bakıda Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirilir. Komissiya Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri zamanı müzakirə edilən istiqamətləri müəyyən etməlidir.

A.Karavayevin fikrincə, kənd təsərrüfatı maşınqayırması iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri ola bilər. O deyib: “Məsələn, rusiyalı istehsalçılar Azərbaycanda yığma müəssisələri aça, dərman preparatlarının istehsalı üzrə müştərək müəssisələri inkişaf etdirə bilərlər. Münasibətlərin gələcək inkişafına təkan verə biləcək daha bir istiqamət elektroenergetika ola bilər. Bu, Azərbaycanda metallurgiya sahəsini bərpa etməyə imkan verərdi”.

Tarix
2019.12.10 / 00:08
Müəllif
Axar.az
Digər xəbərlər

Səhiyyə sistemi yeni mərhələyə keçdi - TƏBİB

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla