Yuxarı

Prezidentlərin Dərbənd savaşı: Azərbaycanlı rəhbər gəlir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentlərin Dərbənd savaşı: Azərbaycanlı rəhbər gəlir

Dərbənd Şəhər Administrasiyasına yaxın müddətdə yeni rəhbər təyin ediləcək.

Bu barədə Axar.az-a Dərbənddəki etibarlı mənbədən məlumat verilib.

Mənbə hazırda Dərbənd rəhbərliyi uğrunda avar və azərbaycanlı klanlarının mübarizə apardığını bildirib. O, Dərbənd rəhbərliyinə irəli sürülən azərbaycanlı namizədin Moskva tərəfindən dəstəkləndiyini deyib. Xanlar Paşabəyov adlı şəxsin Vladimir Putinin partiyası olan Vahid Rusiyanın namizəd olduğu üzə çıxıb.

Onun rəqibi keçmiş ədliyyə naziri Azad Rəhimovdur. Milliyyətcə avar olan Rəhimovu Moskvaya qarşı Dağıstan Prezidenti Ramazan Abdullatipov dəstəkləyir.

Hazırda Dərbənd Şəhər Administrasiyasının rəhbəri vəzifəsini müvəqqəti olaraq milliyətcə azərbaycanlı Mövsüm Rəhimov yerinə yetirir.

Milliyətcə azərbaycanlı olan Xanlar Paşabəyov Kərimbek Paşabəyovun nəvəsidir. Kərimbek Paşabəyov o zaman Dağıstan Mərkəzi Komitəsinin rəhbəri olan Əziz Əliyevlə şəxsən tanış idi. Xanların atası Edison Paşabəyov isə 1982-1994-cü illərdə Dərbənd Şəhər Administrasiyasına rəhbərlik edib.

Tarix
2015.02.09 / 09:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bayramov BƏƏ-nin XİN başçısı ilə danışdı

Prezident yeni səfirləri qəbul etdi - Foto

Tehranın Bakıya qarşı ritorikası: İran yenə “başladı”?

Qarabağdan gedənlər Azərbaycanla sərhəddən də köçür

Azərbaycan İranı əmin etdi: Hava məkanımız...

Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat

Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan

ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi

Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan

95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla