Yuxarı

Rusiya Bakıya bu qırıcıları təklif edə bilər - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Rusiya üçün Cənubi Qafqazda ən prioritet ölkə hesab olunur.

Axar.az xəbər verir ki, bu sözləri Trend-ə “Valday” Beynəlxalq Diskussiya Klubunun eksperti, politoloq Fərhad İbrahimov deyib.

Onun sözlərinə görə, ölkələr arasında etimad münasibətləri qurulub və bu, sadəcə sözdə deyil:

“Geoiqtisadi əhəmiyyətli ümumi layihələrdə, ümumi geosiyasi üçbucaqlarda iştirak, həm Rusiya, həm də Azərbaycana aidiyyəti olan bir sıra məsələlərin mövcudluğu kimi amillər Moskvanın Bakıda böyük marağının olmasını göstərir”.

Politoloq bildirib ki, Rusiyanın hədəfi ilk növbədə iqtisadi münasibətlərin dərinləşməsidir, amma bununla yanaşı Bakı vacib danışıqların, xüsusən də Rusiya ilə NATO hərbi rəhbərliyi səviyyəsində görüşlərin keçirilməsi üçün mühüm məkana çevrilib:

“Bakı enerji dəhlizinin reallaşdırılmasında iştirak edir. Azərbaycanda “Qazpromneft”, “Lukoyl”, “Transneft” kimi iri neft şirkətləri, Bakı Metropoliteninə vaqonlar tədarük edən “Metrovaqonmaş” kimi şirkətlər uğurla fəaliyyət göstərir. Başqa sözlə, Azərbaycan maraqlıdır ki, Rusiya Bakı ilə məhz bu istiqamətlərdə iqtisadi münasibətlərini inkişaf etdirsin. Rusiya-Azərbaycan münasibətləri strateji xarakterli mehriban qonşuluq əlaqələrini necə qurmaq lazım olduğunun ideal nümunəsidir”.

2020-ci ildə Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq perspektivlərinə gəldikdə, ekspert qeyd edib ki, hər şey Azərbaycanın yeni silahları satın almaqda nə dərəcədə maraqlı olmasından asılı olacaq:

“Rusiya dünya bazarında yüksək tələbatın olduğu Su-30SM və Su-35 təyyarələrini təklif edə bilər. Nəzərə alsaq ki, iki ölkə arasında ticarət dövriyyəsi 2019-cu ildə 2018-ci illə müqayisədə 500 milyon dollar artıb. Bu cür artımı bu il də gözləmək olar. Sirr deyil ki, ticarət dövriyyəsinin strukturunda mühüm yeri hərbi-texniki əməkdaşlıq müqavilələri tutur. Eyni zamanda, hərbi-texniki məsələdə Rusiya və Ermənistan arasında əməkdaşlığı müqayisə etsək, İrəvan 2018-ci ildə 200 milyon dollar məbləğində kredit sazişi əsasında silahların tədarükünü başa çatdırıb. Ermənistanın hərbi xərcləri artır, amma bu rəqəmlər o qədər də yüksək deyil və iqtisadi cəhətdən Ermənistan öz xərclərini müstəqil şəkildə qarşılaya bilmir və silahı kreditlə almağa məcburdur. Azərbaycanla bağlı vəziyyət isə kökündən fərqlənir. Ölkə maliyyə baxımından çətinlik yaşamır və iri hərbi sazişlər bağlamaq gücündədir. Bu isə Azərbaycanı ABŞ , İsrail və Avropa İttifaqı tərəfindən silah satışı üçün cəlbedici edir”.

F.İbrahimov yekunda Qarabağ münaqişəsinin həlli barədə danışıb:

“Münaqişə Ermənistanın inadkar siyasəti nəticəsində həll olunmayıb. Ermənistan hökuməti ardıcıl olmayan siyasət aparır. Bu amil sayəsində Azərbaycana bu cür çətin məsələdə konsensusa tək nail olmaq çətindir. Bakı real olaraq İrəvanı eşidir, münaqişənin nizamlanmasını müzakirə etməyə hazırdır. Ermənistanda isə heç nəyi diqqətə almaq istəmirlər, ona görə də bu məsələnin real həllindən danışmaq çətindir”.

Tarix
2020.01.14 / 21:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla