Yuxarı

Axır ki, tapıldı: Arifoğlunun “dublikatı” budur - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Axır ki, tapıldı: Arifoğlunun “dublikatı” budur - Foto

21:49

35-ci Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu (Rauf Arif oğlu Abbasov) öz dairəsində “dublikatı” olan Rauf Abbasovun (Rauf Çərkəz oğlu Abbasov) fotosunu əldə edə bilib.

Axar.az xəbər verir ki, bu barədə R.Arifoğlu özü açıqlama yayıb. O bildirib: “Rəqibimin (sözügedən dairədən digər namizəd İ.Ağazadə nəzərdə tutulur – red.) uzaqvuran silahı, mənim adaşım, qardaşım! Onun təbliğat kampaniyasını özüm aparacam!”

Qeyd edək ki, R.Arifoğlunun namizədliyini irəli sürdüyü dairədən onunla eyni ad-soyadda (Rauf Abbasov) daha bir şəxs iddiasını ortaya qoyub. R.Arifoğlu adaşının nəinki Xətai rayonu, ümumiyyətlə, Bakıda yaşamadığını, bəlkə də bu əraziləri tanımadığını bildirib və onun namizədliyinin irəli sürülməsində məqsədin seçiciləri çaşdıraraq, “Rauf Abbasov” ad-soyadına veriləcək səslərin parçalanması olduğunu qeyd edib.

R.Arifoğluna qarşı bu “seçki texnologiyası”nın dairənin digər əsas namizədi, Ümid Partiyasının sədri İqbal Ağazadənin komandasından qaynaqlandığı ehtimal edilir.

Tarix
2020.01.21 / 23:07
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla