Yuxarı

Oğlum namizəd olsaydı, yenə Sabir bəyi dəstəkləyərdim - - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oğlum namizəd olsaydı, yenə Sabir bəyi dəstəkləyərdim - - Video

61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, xalq şairi Sabir Rüstəmxanlı seçicilərilə növbəti görüşünü keçirib.

Axar.az xəbər verir ki, Xol Qaraqaşlı kəndində baş tutan görüşdə kənd sakinləri adından çıxış edən Azərbaycan dili və ədəbiyyatı müəllimi İdris Abbasov Sabir Rüstəmxanlıya bu rayonu seçdiyi üçün minnətdarlıq edib:

“Mən bu kənddə 50 il dərs demişəm. Bu baxımdan hamının adından danışmaq haqqı hiss edirəm özümdə. Sizin kimi bir ziyalının, həmişə xalqın dərdini öz dərdi hesab edən bir şəxsiyyətin bizi deputat kimi təmsil etməsindən yalnız qürur hissi keçirmək olar. Sabir müəllim bu millətə həmişə sədaqətlə xidmət edib. Mən inanıram ki, bizim Neftçalamızı da eyni şövqlə təmsil edəcək. Hələ deputat seçilməyib, amma artıq rayonumuzda bir canlanma hiss olunur. Problemlərimizin həlli istiqamətində müəyyən addımların atılacağı xəbərlərini eşidirik. Sizi əmin edirəm ki, hamımız birmənalı şəkildə sizi dəstəkləyəcəyik”.

Daha sonra rayon ziyalılarından Fərhad Əzizbəyli çıxış edib:

“Vaxt var idi siz cavan oğlan idiniz, amma ölkənin ağsaqqal kişiləri ilə bir yerdə ölkənin taleyüklü məsələlərini həll edirdiniz. İndi o ağsaqqalların çoxu həyatda yoxdu. İndi ölkədə 4-5 ağsaqqal varsa, onlardan biri sizsiniz. Siz onsuz da seçilmiş adamsınız. Deputatı seçmək olar, amma ağsaqqalı biz seçmirik, özü seçilir, tale seçir. Sabir bəy çox böyük şəxsiyyətdir, nəinki biz neftçalalılara, bütün Azərbaycana, türk dünyasına lazım olan siyasətçidir. Mən onu lap gənclik illərindən tanıyıram. Ona görə də mən qohumumu, şagirdimi, rayonlumu deyil, Sabir Rüstəmxanlını dəstəkləyirəm. Əgər mən Sabir bəyi dəstəkləyirəmsə, inanıram ki, siz də dəstəkləyəcəksiniz. Biz onu 20 il deputat kimi sınamışıq və görmüşük ki, həmişə xalqın sözünü deyib, millətin dərdini dilə gətirib.

Məni sizin hamınız tanıyırsınız. Bilirsiniz ki, mən heç vaxt kiminsə xoşuna gəlmək üçün söz demərəm. Sizə tam səmimiyyətimlə bildirirəm: əgər bu dairədən mənim oğlum da namizəd olsaydı, mən Sabir bəyi dəstəkləyərdim. Çünki o mənim arzularımı həyata keçirən adamdı: bayrağımızı görmək istəyirdim, Sabir bəy o bayrağı dalğalandırandı; himnimizi eşitmək istəyirdim, o himnimizin bərpasında müstəsna xidmətlər göstərdi; o, Müstəqillik Aktına imza atanlardan biri oldu.

Mən sevinirəm və fəxr edirəm ki, Meydan hərəkatında mən də Sabir bəyin yanında olmuşam.

İnanıram ki, seçki günü hər bir neftçalalı bu böyük şəxsiyyətə səsini verəcək, onu özünün təmsilçisi edəcək”.

Sonra Sabir Rüstəmxanlının vəkilləri, daha sonra isə kənd sakinləri çıxış edib.

Görüşün sonunda Sabir Rüstəmxanlı Neftçalanın problemlərindən danışıb. Bu rayonla bağlı geniş planlarının olduğunu, insanları narahat edən problemlərin həlli üçün ayrıca bir proqramın hazırlanmasının vacibliyini bildirib.

Tarix
2020.01.22 / 23:13
Müəllif
Axar.az
Digər xəbərlər

İran müəmması: Danışıqlar başlayır, yoxsa qurudan hücum?

İlham Əliyev bu mərkəzin açılışında iştirak etdi

İlham Əliyev Yunanıstan prezidentini təbrik etdi

Ağazaryan: Bakının son tələbi yerinə yetiriləcək

Simonyan qəzəbləndi: Niyə Qarabağa “Artsax” deyirsiniz?

İki ay əvvəl Bakıyə gələn senatror ABŞ-da nazir seçildi

İran rəhbərliyində növbəti qurban: İsrailin planı budur

Heydər Əliyev Mərkəzi Pakistan bayrağına büründü

Ceyhun Bayramov Arakçı ilə danışdı

MN-dən PUA-larla bağlı əhaliyə çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla