Yuxarı

Gənc qızı qətlə yetirən oğlanın anasından – Şok sözlər/Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gənc qızı qətlə yetirən oğlanın anasından – Şok sözlər/Video

Türkiyənin Mersin şəhərində vəhşicəsinə qətlə yetirilən Çağ Universitetinin tələbəsi, 20 yaşlı Özgəcan Aslanın qatili 26 yaşlı Süphi Altındökənin anası canlı yayımda yaşadıqlarını anladıb.

Axar.az xəbər verir ki, qatilin anası Naciyə Tan Şou TV-yə oğlunun vəhşicəsinə qətl törətməsində tək günahkarın ayrı yaşadığı keçmiş həyat yoldaşı olduğunu qeyd edib.

Həyat yoldaşından 6 il əvvəl boşanan Naciyə Tan belə davam edib: "Mən anayam. Mənim də qızım var. Qızımın başına belə şey gəlməsini istəyərəmmi? Əsla! Mən uşağımı qoruya bilmədim. Atasının şiddətə meyli vardı, biz neçə ildir ki, ayrıyıq. Uşaqlarımın onun yanında böyüməsini istəmədim. Ərimdən çox şiddət gördüm, amma valideynlərimə demədim. Atası kəmərlə, kəsici alətlə döyürdü məni. Bunları heç kimə söyləyə bilmədim. Üç gündür heç kimlə danışa bilmirəm. Mən bu hadisəni eşitdiyimə inana bilmirdim. Ta ki hadisənin içində atasının olduğunu dedilər, onda inandım. Uşağımın səhhətində problem vardı. Mənim uşağım nələr yaşamadı ki?! Mən bunu izah edə bilmirəm. Bir insanı yox etməyə haqqı yoxdur mənim oğlumun. Mən buna əsla haqq qazandırmıram. Mən bunu əsla qəbul etmirəm. Bu hadisədən sonra oğlumla görüşməmişəm. Mən o ailənin yanına getməyi çox istəyirəm. Mən o ailəyə nə deyəcəyimi, acımı izah edə bilmirəm. Əlindən, ayağından öpürəm o valideynlərin. Mən də anayam. Heç kimə heç nə danışa bilmirəm O qədər səbəb var ki... Hansını danışım. Amma bu səbəblər əsla oğlumu ağa çıxarmaq üçün deyil".

Tarix
2015.02.17 / 12:25
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Ceyhun Bayramov Maqdalena Qrononu qəbul etdi

Hacıyev Britaniyanın dövlət naziri ilə görüşdü - Foto

İlham Əliyevdən bu şəxslərlə bağlı mühüm - Qərar

Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınır

Şoyqu Cənubi Qafqazdan danışdı

Mirzoyandan azərbaycanlı jurnalistə: Çeynənmiş sual...

“Tramp yolu”na Kreml etiraz edib? - Mirzoyan

Bakıdan İrəvana daha bir jest - Qriqoryan da danışdı

Beynəlxalq tədbir: Narkotik dövriyyəsi ilə mübarizə...

Prezident bu qurumların rəhbər şəxslərini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla