Axar.az
Yuxarı

Axar.Az Logo

Bu il regionlarda DOST mərkəzləri yaradılacaq - Nazir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illər üzrə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinin yekunlarına həsr olunmuş Konfransın iqtisadiyyat üzrə panel iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu ildən ölkəmizin regionlarında da DOST mərkəzlərinin yaradılacağını deyib.

Axar.az xəbər verir ki, nazir, həmçinin cari ildə bölgələrimizdə yeni sosial müəssisələrin istifadəyə veriləcəyini də qeyd edib.

O bildirib ki, Prezident İlham Əliyevin Fərmanına əsasən, ötən il Bakının Yasamal və Xəzər rayonlarında DOST mərkəzləri yaradılıb. 2020-ci ildə DOST mərkəzləri şəbəkəsinin ölkəmizin regionları üzrə genişləndirilməsinə başlanacaq. Regionlarda (Abşeron, Sumqayıt, Bərdə, Quba, Sabirabad) 5 mərkəzin təmir-tikinti işləri aparılacaq.

Ötənilki inqilabi sosial islahatlardan bəhs edən S. Babayev əhalinin gəlirlərinin ciddi artımını təmin edən bu islahatların uğurlu nəticələrinin, ümumən sosial müdafiə və aktiv məşğulluq proqramlarının regionların əhalisini də geniş şəkildə əhatə etdiyini deyib. O söyləyib ki, ötən il şəhid ailələrinə və müharibə əlillərinə nazirlik tərəfindən 2018-ci illə müqayisədə 50 faiz çox olmaqla 934 mənzil, 2019-cu ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600 avtomobil təqdim edilib. Həmin mənzillərdən 550-i, avtomobillərdən isə 480-i region sakinlərinə verilib.

Prezident İlham Əliyevin tapşırığına əsasən, 2020-ci ildə müharibə əlillərinə və şəhid ailələrinə 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub ki, onların əksəriyyəti regionlarda veriləcək.

S. Babayev bu il regionlarımızda əlilliyi olan şəxslər üçün daha 5 bərpa mərkəzinin (Xaçmaz, Şəki, Lənkəran rayonlarında, Şirvan və Sumqayıt şəhərlərində), 2 sosial xidmət müəssisəsinin (Göygöl və Şamaxı rayonlarında) əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcəyini deyib. Nazir, həmçinin Şəmkir və Qəbələ rayonlarında uşaq bərpa mərkəzlərinin, Quba və Bərdə rayonlarında peşə hazırlığı mərkəzlərinin yaradılmasının planlaşdırıldığını diqqətə çatdırıb.

Qeyd edib ki, aktiv məşğulluq proqramları bölgələrdə də uğurla davam etdirilir. Ötən il nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işlə təmin olunan 103 mindən çox şəxsin 74200-dən çoxu, peşə hazırlığına cəlb edilən 3200-ə yaxın şəxsin 1800 nəfərdən çoxu, peşəyönümü məsləhət xidmətinə cəlb olunan 107 700-ə yaxın gəncdən 91400-ə yaxını regionlarda yaşayanlardır.

S. Babayev 2019-cu ildə özünüməşğulluq proqramına cəlb olunan 10 min 352 nəfərdən 8 min 300-nün regionların sakinləri olduqlarını deyib. Bildirib ki, bu proqram çərçivəsində bölgələrdə əsasən kənd təsərrüfatı sahələri üzrə minlərlə kiçik müəssisənin yaradılması regionların sosial-iqtisadi inkişafına mühüm dəstəkdir.

“İşsizin DOSTU” proqramı çərçivəsində isə ötən il yaradılmış 38 min ödənişli ictimai iş yerindən 30 mininin regionlarda açıldığını diqqətə çatdıran nazir bu il də proqramın davam etdirildiyini deyib.

Tarix
2020.02.03 / 22:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Geqamyan Tavuşda: Bu kəndlər də Azərbaycanındır - Foto

Naxçıvanın sabiq daxili işlər naziri həbs edildi

Xəbərdarlıq: Karantin sərtləşdirilə bilər

“Şuşa Azərbaycanındır” deyən erməni qadın hədəfə çevrildi

Ordumuz Ermənistanla sərhədə ağır texnika cəmləyir? - İrəvan

Qazaxın 7 kəndi qayıdır? - Son məlumatlar

Xarici diplomatlar Laçında Güləbird SES-də - Foto

Prezident qurultayda hansı tapşırıqları verdi? - Deputat

Bakı və Ankaranın bu məsələdə rolu vacibdir - Çavuşoğlu

Türk general: Azərbaycanda yeni qoşun növü yaradılır

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla