Yuxarı

Azərbaycanın generalı Misirdə səfərdədir - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın generalı Misirdə səfərdədir - Foto

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 17-20-də Misirdə səfərdə olub.

AzərTac xəbər verir ki, səfər zamanı Azərbaycan nümayəndə heyəti Misir Ərəb Respublikası Silahlı Qüvvələrinin Baş komandanı, müdafiə və hərbi sənaye naziri general-polkovnik Sidqi Subhi, daxili işlər naziri Məhəmməd İbrahim, hərbi sənaye üzrə dövlət naziri İbrahim Yunis, Sərhəd Mühafizəsi Qüvvələrinin komandanı general-mayor Əhməd İbrahim ilə görüşlər keçirib.

Görüşlərdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, təhlükəsizlik sahəsində Azərbaycan ilə Misirin müvafiq qurumları arasında əlaqələrin, o cümlədən hərbi-texniki istiqamətdə əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

Dövlət Sərhəd Xidmətinin nümayəndələri səfər müddətində Misirin Təhlükəsizlik və Sərhəd mühafizəsi sistemi, aidiyyəti strukturların fəaliyyəti, maddi-texniki imkanları ilə tanış edilib, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tarix
2015.02.20 / 01:14
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla