Yuxarı

“Nulandın bu hərəkəti müsbət qarşılanmayacaq...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nulandın bu hərəkəti müsbət qarşılanmayacaq...”

"Ermənistanda vəziyyətin ən mənfi pik halında olduğu bir vaxtda Nuland demokratiyanın çiçəklənməsi ilə bağlı fikirlər bildirib. Təəssüf hissi ilə qeyd edirəm ki, olmayan soyqırım abidəsinin ziyarət edilməsi Azərbaycan və Türkiyə tərəfindən müsbət qarşılanmayacaq".

Bu sözləri Axar.az-a açıqlamasında Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə Nulandın girovlarımızla bağlı mövqeyinin ardından dünən Ermənistana səfər etməsinə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, Nulandın Ermənistan səfəri müəyyən qədər təəssüf hissi doğurur:

"Yəqin ki, bu, Türkiyədə də müsbət qarşılanamyacaq. Ancaq ümumiyyətlə, Nulandın girovlarımızla bağlı olan mövqeyini və bunun Dağlıq Qarabağla bağlı müəyyən irəliləyişlərə gətirib çıxara biləcəyinə dair fikirlərini dəyərləndirirəm. Çox yaxşı olardı ki, onlar bu istiqamətdə sözdə yox, işdə əməli fəaliyyətə keçsinlər. Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı bundan sonra İrəvanda aparılacaq danışıqlar ola bilsin ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə aparılsın. Səfər bir daha sübut etdi ki, Amerika Azərbaycanla əməkdaşlıqda olduqca maraqlıdır. Biz hər zaman qeyd etmişik ki, Azərbaycana qarşı olan qərəzli mövqe Amerikanın dövlət maraqları deyil. Bu, ABŞ-dakı dövlət siyasətinə təsir edən müəyyən ermənipərəst lobbilərin fəaliyyətidir. Hesab edirəm ki, Azərbaycanın mövqeyi ona gətirib çıxarmalıdır ki, Amerika artıq öz dövlət maraqlarından çıxış etsin. Çünki biz Amerika ilə dostluq və əməkdaşlığın tərəfdarıyıq".

Sözügedən məsələ ilə bağlı millət vəkili Fazil Mustafa isə tamamilə fərqli mövqedən çıxış edib. Onun sözlərinə görə, Vaşinqtonun bu işə qarışması hələ məsələnin həlli sayıla bilməz:

"Burada daha çox Rusiyanın real addımları və separatçılara təsir imkanları var. Ona görə də girovların azad olunması üçün Rusiya diplomatiyasını aktivləşdirməyə üstünlük verməliyik".

Tarix
2015.02.20 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

Bakıda Hindistanla bağlı konfrans keçirildi

Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...

TRİPP layihəsi Bakı və İrəvandan asılıdır - Kortunov

Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

Türkiyə Ermənistanda “tərəfini” elan etdi

Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla