Yuxarı

Nazirdən fermerlərə şad xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirdən fermerlərə şad xəbər

Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı aqrar sektorun gələcək inkişafı və modelləşdirilməsi üçün mühüm yol xəritəsidir.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

Nazir respublikada aqrar sahənin mövcud vəziyyəti, fermerlərə yönələn subsidiyalar, qarşıda duran hədəflər və rəqəmsallaşma istiqamətində atılan addımlar barədə aydınlıq gətirib. Bildirilib ki, əvvəlki illərdə subsidiyaların verilməsi məhdud sayda bitki növlərini əhatə edirdisə, artıq digər strateji məhsulların da stimullaşdırılması diqqət mərkəzindədir:

“Bitkiçilik sahəsində son illərdə bu istiqamətdə uğurlarımız olsa da, heyvandarlıq sahəsində təəssüf ki, Azərbaycanda olan intensiv təsərrüfatların artım sürəti yetərli deyil. Bu səbəbdən proqramda bu məsələ də nəzərə alınıb.

Ümumilikdə, resurs nöqteyi-nəzərdən proqramın 4 əsas sütun üzərində həyata keçirilməsi nəzərdə tutulur. İlk növbədə resurs səmərəliliyinə əsaslanan kənd təsərrüfatının formalaşdırılması, ikinci növbədə texnologiya və innovasiyaya əsaslanan aqrar modelin qurulmasıdır. Eyni zamanda kənd təsərrüfatında nəzərdə tutduğumuz əsas məqamlar resurs səmərəliliyi, texnologiya, innovasiya və bazarlara dəyər zənciri üzrə inteqrasiyadır.

Ölkədə ətlik və damazlıq heyvandarlığın gücləndirilməsi, həmçinin süd məhsullarının istehsal həcminin artırılması məqsədilə xüsusi subsidiya mexanizmləri tətbiq olunacaq".

Tarix
2026.06.16 / 13:06
Müəllif
Axar.az
Digər xəbərlər

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla