Yuxarı

Sadval Dərbənddə qalib gəlir: Cinayət işi ləğv edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sadval Dərbənddə qalib gəlir: Cinayət işi ləğv edildi

Dərbənd rayon məhkəməsi İmam Yaraliyevə qarşı açılmış cinayət işi ilə əlaqədar istintaqın aparılması qərarını ləğv edib.

Bu barədə Axar.az-a Dərbənd sakinləri məlumat veriblər.

Məlumatda artıq prokurorluğun bu işdən narazı olduğunu və buna görə məhkəmə qərarından şikayət veriləcəyi bildirilir. Sakinlər həmçinin Yaraliyevin yerinə Dərbənd Şəhər Administrasiyasının keçmiş rəhbəri Mövsüm Rəhimovun təyin edilə biləcəyini deyiblər.

Qeyd edək ki, bir müddət öncə Dağıstan Prokurorluğu Dərbənd meri İmam Yaraliyevə qarşı cinayət işi qaldırmışdı. Cinayət işinin qaldırılmasına əsas səbəb kimi onun qanunsuz torpaq paylaması göstərilirdi. Mer bunun sayəsində dövlət büdcəsinə 36 milyon ziyan vurmuşdu.

Onu da xatırladaq ki, İmam Yaraliyev hazırda "Sadval" tərəfindən çox ciddi şəkildə dəstəklənir. Bəzi mənbələr onu "Sadval"ın bölgədəki himayədarı adlandırırlar. Bununla bərabər, Cənubi Dağıstanda ən nüfuzlu siyasətçi olan Yaraliyevin istənilən zaman ləzgi millətçilərinin köməyindən istifadə edəcəyi istisna olunmur.

Tarix
2015.02.20 / 14:19
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla