Yuxarı

Əliyev rəqibini siyasi nokauta göndərdi - Tacikistan portalı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev rəqibini siyasi nokauta göndərdi - Tacikistan portalı

Tacikistanın "Avesta" portalında (avesta..tj) Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən debat haqqında material verilib.

Axar.az-ın məlumatına görə, materialda bildirilir ki, əvvəllər də Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan MDB və digər beynəlxalq təşkilatlar çərçivəsində müxtəlif tədbirlərdə görüşüblər. Münhen Təhlükəsizlik Konfransındakı debat isə Azərbaycan tərəfinin parlaq qələbəsi ilə yadda qaldı.

Azərbaycan Prezidenti İlham Əliyev sübut etdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi region üçün ciddi təhdiddir. Debatın videolarına baxan hər bir tamaşaçı Azərbaycan Prezidentinin fikirlərini əminliklə, faktlar əsasında ifadə etdiyinin, diskussiyanı əvvəldən sonadək konstruktiv şəraitdə apardığının şahidi oldu. Tərəfləri başa düşmək, hansı mövqenin daha güclü olduğunu anlamaq üçün ingilis dilini bilməyə ehtiyac yoxdur. Azərbaycan Prezidenti çıxışı ilə Azərbaycan xalqının və dövlətinin haqlı mövqeyini növbəti dəfə açıq şəkildə nümayiş etdirdi.

Məqalədə deyilir: “Nəhənglərin döyüşü”ndə, - hərçənd ki, bu döyüşdə yeganə nəhəng Azərbaycan Prezidenti İlham Əliyevdir, - hər kəs rəqibin “ağır siyasi nokaut”a göndərildiyini gördü. Hamı bir daha gördü ki, düşmənin özünə gəlməsi üçün hələ çox zamana ehtiyacı olacaq”.

Tarix
2020.02.18 / 23:43
Müəllif
Axar.az
Digər xəbərlər

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla