Yuxarı

Yasa getmək üçün təkcə SMS kifayət deyil

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yasa getmək üçün təkcə SMS kifayət deyil

Yasda iştirak etmək üçün də yaşayış yerini tərk etmək icazəsi alınmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" verilişinin qonağı olan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, bunun üçün 8103 SMS xidmətinə 3 rəqəmini göndərmək lazımdır:

"Burada təkcə SMS göndərmək kifayət deyil. Yaxın qohumun vəfat etməsi ilə bağlı həkimin təsdiq etdiyi teleqram da vacibdir. Bu sənəd olduğu təqdirdə icazə verilir. Dəfn mərasiminin məhdud şəkildə keçirilməsi ilə bağlı tövsiyələr əvvəlki sənədlərdə var. Mərasim yerlərində yas mərasimi keçirmək qadağandır. Lakin yaxın qohumun dəfn mərasimində iştirak etmək bizim adətlərimizdən biridir".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək aşağıdakı qaydada tətbiqi ilə bağlı qərar alınıb.

Tarix
2020.04.03 / 00:12
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla