Yuxarı

Qarabağ məsələsi Paraqvay mediasında

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Asim Mollazadənin Azərbaycan nümayəndə heyəti ilə birlikdə Latın Amerikası ölkələrinə səfəri başlayıb.

Bu barədə Axar.az-a məlumat Demokratlar İslahatlar Partiyasının mətbuat xidmətindən daxil olub.

Görüşlərdə Azərbaycan-Paraqvay münasibətləri, parlamentlərarası əlaqələr müzakirə edilib.

DİP sədri bu əməkdaşlığın daha da genişlənməsində və siyasi əməkdaşlığa çevrilməsində ölkəmizin maraqlı olduğunu qeyd edib. Millət vəkili vurğulayıb ki, Azərbaycanda sahibkarlıq üçün əlverişli imkanlar var və bu, Latın Amerikasından olan sahibkarlar üçün cazibədar ola bilər.

Görüşdə Azərbaycan ərazilərinin 20%-nin Ermənistan tərəfindən işğal olunduğunu, bu işğalın 25 ildir davam etdiyini, 1 milyona yaxın insanın doğma yurd-yuvalarından məcburi köçkün düşdüyünü bildirən deputat Azərbaycan ərazilərinin işğalının başa çatması, bu işğallar zamanı törədilmiş hərbi cinayətlərlə bağlı beynəlxalq hüququn və ədalətin bərpası üçün paraqvaylı həmkarlarından dəstək istəyib.

Qeyd edək ki, Asim Mollazadə Paraqvaydan sonra Uruqvay, Argentina və Çiliyə səfər edəcək.

Tarix
2015.03.06 / 18:56
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir?

Araikin Bakıda etirafı Paşinyanı qorxutdu

Ərdoğan Xocalıya gəlir

Fransanın Azərbaycana qarşı şantajı... - XİN

Daşaltı əməliyyatından 33 il ötür

Delimitasiya zamanı bu yol Azərbaycana verilməyəcək

Avropada yeni müsəlman dövləti yaranır: sərhədsiz…

Tramp nə istəyir? ABŞ-ın tarixən aldığı torpaqlara baxın…

Kaya Kallas Bakıya gəlir

Bu komissiyanın ilk iclası keçiriləcək, sədr seçiləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla