Yuxarı

Haftarın hamiləri getdi: Türkiyə isə... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Haftarın hamiləri getdi: Türkiyə isə... – Şərh

Liviyada qiyamçı Xəlifə Haftar Milli Razılıq Hökumətinin rəhbəri Fayez Sərracın qarşısında tək qalıb. Sərrac “Qəzəb vulkanı” əməliyyatı ilə Haftara ağır zərbələr endirir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Vüqar Zifəroğlu Liviya Milli Razılıq Hökumətinin rəhbəri Fayez Sərracın qiyamçı Haftar ordusuna qarşı başlatdığı “Qəzəb vulkanı” əməliyyatı haqqında danışarkən deyib.
O vurğulayıb ki, Haftar iki ay əvvəl Sərraca qarşı başlatdığı hərbi əməliyyatlar nəticəsində Liviyanın 80 faizinə nəzarəti ələ ala bilmişdi:

“Lakin Liviyanın 80 faizinə nəzarət etmək qələbə demək deyil. Çünki bu ölkənin 80 faizi səhralıq, az yaşayış olan ərazilərdir. Bugünkü proseslər bir daha göstərir ki, Haftarın üstünlüyü nisbi xarakter daşıyırdı. Əslində bu gün Liviyadakı vətəndaş müharibəsi təkcə Binqazi və Tripoli arasında gedən müharibə deyil. Liviyada böyük güclərin qarşıdurmasını müşahidə edirik”.

Politoloq bildirib ki, Haftarın Sərrac qarşısında üstünlüyü itirməsinin bir sıra səbəbləri var:

“1. Koronavirus pandemiyası Haftarın mövqelərinə ciddi zərbə vurdu. Məsələ virusun Haftar qüvvələri arasında yayılması deyil. Məsələ ondadır ki, Haftarın dəstəkçisi olan qüvvələr özləri də virusun təsirlərindən əziyyət çəkirlər və belə bir zamanda heç kəs Haftarı düşünmür. Təsadüfi deyil ki, Haftarın ən böyük dəstəkçilərindən olan Səudiyyə Ərəbistanı özü belə husilərlə atəşkəs razılaşması əldə etməyə çalışır.

2. Bu gün neft bazarlarında ciddi böhran hakimdir. Təbii ki, Haftarın əsas maliyyə resursu nəzarət etdiyi ərazilərdən çıxarılan neft idi. Neftin qiymətinin kəskin düşməsi Haftarın da iqtisadi resurslarına təsir etdi.

3. Haftarın əksinə, Sərracın mövqelərində elə də ciddi bir itki yoxdur. Türkiyə Suriyada Rusiya ilə atəşkəs razılığı əldə etdikdən sonra istiqamətini Liviyaya çevirdi. Beləcə Sərrac dəstəksiz qalan Haftara ciddi zərbə endirmək imkanı əldə etdi”.

Qeyd edək ki, ötən gün Liviya Milli Razılıq Hökuməti qiyamçı Haftarın ordusuna ağır zərbə endirərək, 3 qəsəbəni azad edib.

Tarix
2020.04.15 / 08:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra “prezident otağına” niyə qayıdıb?

ABŞ admiralı Azərbaycana təşəkkür etdi

Ramiz Mehdiyev bunlardan məhrum ediləcək

Mehdiyevin ətrafındakı deputatlar: Ona “ata” deyən...

Ramiz Mehdiyevin şəbəkəsində kimlər var? - Adlar açıqlandı

Ramiz Mehdiyevin siyasi planları: Hamısı ifşa olunacaq!

Bu qürurlu gündə İlham Əliyevə salamlarımı çatdırıram

Prezident ABŞ admiralı ilə görüşdü

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla