Yuxarı

Bu qərar siyasi yenilənmənin II fazasıdır - Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni siyasi partiyaların qeydiyyatı faktiki olaraq siyasi sistemimizdə yeniləşmənin ikinci fazasını təşkil edir.

Bunu Azad Demokratlar və Yeni Zaman partiyalarının Ədliyyə Nazirliyində qeydiyyata alınmasına münasibət bildirən millət vəkili Hikmət Babaoğlu Axar.az-a açıqlamasında deyib. O bildirib ki, hər yeni siyasi partiya özlüyündə cəmiyyətə yeni siyasi dəyərlər təqdim edən və bu dəyərlər ətrafında insanları təşkilatlandıran bir institutdur:

"Ölkəmizdə həyata keçirilən islahatlar təkcə sosial-iqtisadi seferaları deyil, cəmiyyətimizin bütün sahələrini əhatə edəcək qədər genişmiqyaslı, siyasi sistemimizdə yeni keyfiyyət dəyişikliyi yaradacaq qədər dərindir. Əslində böyük reformlar bir qədər də onu təmin etməli olan siyai dinamizmlə bağlı olur. Çünki iqtisadi canlanma, yaxud islahatlar siyasi dinamizmlə tamamlanmasa, siyasi-iqtisadi sistemdə arzuolunan inkişaf tendensiyası yaratmaq çətin olur. Ona görə də Ədliyyə Nazirliyi tərəfindən yeni siyasi partiyaların qeydiyyata alınması islahatlar siyasətinin məntiqi nəticəsi kimi başa düşülməlidir. Əgər məqsəd siyasi sistemi zənginləşdirmək, onu daha da rəngarəng etməkdirsə, siyasi palitraya yeni effektiv rəng qatmaqdırsa, əlbəttə, bunu yalnız alqışlamaq lazımdır. Ona görə də Ədliyyə Nazirliyinin kollegiyasının qərarı ilə Azad Demokratlar və Yeni Zaman partiyalarının qeydiyyata alınması olduqca müsbət haldır”.

Millət vəkili qeyd edib ki, siyasi sistemimizdə yeni konfiqurasiyanın qurulması xeyli vaxtdır başlayıb və yeni formalaşan parlament təcrübəsində bu artıq öz əksini tapıb:

“Milli Məclisin sədr müavini vəzifəsinə parlamentdə ikinci səs çoxluğuna sahib olan partiyanın nümayəndəsi seçilib. Komitə sədri və müavinləri səviyyəsində müxalifətin təmsilçiliyi xeyli dərəcədə artıb. Yeni siyasi partiyaların qeydiyyatı isə faktiki olaraq siyasi sistemimizdə yeniləşmənin ikinci fazasını təşkil edir. Ancaq şübhəsiz ki, bu prosesin uzunmüddətli və davamlı olacağını da proqnozlaşdırmaq mümkündür. Çünki ölkəmizdə həyata keçirilən islahatların məntiqi bunu diktə edir".

Qeyd edək ki, Ədliyyə Nazirliyi Azad Demokratlar və Yeni Zaman partiyalarının dövlət qeydiyyatına alınması barədə qərar qəbul edib.

Tarix
2020.04.17 / 08:30
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Trampdan Azərbaycan və Ermənistanla bağlı paylaşım...

Putini bir müsahibə ilə darmadağın etdi...

BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi – Bayramov

Azərbaycan və BƏƏ arasında 14 sənəd imzalandı

Prezidentlərin Şuşada geniş tərkibdə görüşü oldu - Foto

Minsk prosesinin ləğvi ilə bağlı qərarın icrasına başlanıldı

BƏƏ prezidentinin şərəfinə rəsmi nahar verildi

Prezidentlər Şuşa qalasının önündə foto çəkdirdilər

Prezidentlər Yeni Şuşa məscidindəki işlərlə tanış oldu - Foto

Prezidentlər Milli Xalça Muzeyinin Şuşa filialında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla