Yuxarı

Prezident və xanımı Qusarda - Yeniləndi/Fotolar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident və xanımı Qusarda - Yeniləndi/Fotolar

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Şahdağ" qış-yay turizm kompleksində olublar.

Prezident və xanımı "Şahdağ", "Pik Palas" otellərinin açılışında və 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak ediblər.

"Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, "Şahdağ" qış-yay turizm kompleksi dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənir. Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin tikintisinin hazırlıq işlərinə 2006-cı ildən başlanılıb. Həmin il keçirilən tenderdə dünyanın aparıcı şirkətləri qalib gəlib. Bu kompleksin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. O vaxtdan etibarən görülən işlər nəticəsində "Şahdağ" qış-yay turizm kompleksinə çəkilən avtomobil yolu genişləndirilib, körpülər tikilib, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata keçirilib.

Dövlətimizin başçısı və xanımı əvvəlcə beşulduzlu "Pik Palas" otelinin açılışında iştirak ediblər. Azərbaycanın birinci xanımına gül dəstəsi təqdim olunub, Prezident İlham Əliyev otelin rəmzi açılışını bildirən lenti kəsib.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni tikilmiş beşulduzlu "Şahdağ" otelinin açılış mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak ediblər.

Azərbaycan Prezidenti mərasimdə nitq söyləyib.

Sonra Prezident İlham Əliyev müxtəlif beynəlxalq yarışlarda fərqlənən, ölkəmizdə idmanın inkişafına töhfə verən bir qrup idmançı və idman xadiminə yeni mənzillərin orderlərini, habelə Milli Olimpiya Komitəsinin fəxri fərmanlarını təqdim edib.

Tarix
2013.12.19 / 22:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

Azərbaycan XİN Tunisi təbrik etdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla