Yuxarı

İlham Əliyev Robert Dadli ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Qarsda bp şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

Azərtac xəbər verir ki, görüşdə Azərbaycan ilə bp arasında uğurlu əməkdaşlıqdan və "Şahdəniz" qaz yatağının işlənməsi üzrə səmərəli birgə fəaliyyətdən məmnunluq ifadə edildi. Ötən il sentyabrın 20-də Bakıda "Cənub" qaz dəhlizinin, eləcə də Qarsda TANAP layihəsinin təməlinin qoyulmasının önəmi vurğulandı, "Cənub" qaz dəhlizi layihəsi üzrə işlərin uğurla davam etməsinin əhəmiyyəti qeyd olundu. "Cənub" qaz dəhlizi layihəsinin bir hissəsi kimi TANAP-ın önəmi, bu layihələrdə bütün işlərin plan üzrə həyata keçirildiyi bildirildi.

Söhbət zamanı 2018-ci ildə "Şahdəniz-2" layihəsindən Türkiyəyə 6 milyard kubmetr əlavə qazın verilməsinin əhəmiyyəti qeyd edildi. TAP layihəsi üzrə də işlərin uğurla davam etdiyi vurğulandı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu yüksək qiymətləndirildi.

Görüşdə bp-nin TANAP layihəsinin səhmdarlarından biri olmasından məmnunluq ifadə olundu, digər layihələr üzrə də işlərin uğurla davam etdirildiyi bildirildi.

Söhbət zamanı Azərbaycan ilə bp arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Tarix
2015.03.17 / 17:54
Müəllif
Axar.az
Digər xəbərlər

Bu faktlar İrəvana yaxşı məlumdur - XİN

Aktau qəzası: Rusiya HHM qüvvələri rəhbərliyini araşdırır

ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb?

ABŞ-la saziş: İrəvan cəsarətləndi, Rusiya şokdadır – Bozoyan

ABŞ-Ermənistan sazişində Bakıya qarşı olan 3 bənd

Azərbaycan və Türkiyə birgə hərbi təlimə başlayır - Video

"Azercell"dən qadınların aqrobiznesinə dəstək

Hərbi vəzifəlilərin təlim toplanışı keçirilir - Video

Dini qurumların rəhbərləri Əliyevə buna görə təşəkkür etdi

Ceyhun Bayramov AQEM Baş katibi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla