Yuxarı

Polisə hücum: başında kim dayanır? – Sirlər açıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamalda, karantin qaydasını pozan vətəndaşın saxlanılması zamanı polisin başına binadan butulka və zibil torbalarının atılması, ardınca isə polisin həmin şəxsləri aqressiv formada evindən həbs edib aparması sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub.

Axar.az xəbər verir ki, faktiki olaraq polisin evə girmə anı və davranışından istifadə edənlər ümumilikdə Azərbaycan polisinə qarşı aktiv fəaliyyətə keçiblər. Onlar sosial şəbəkələrdə polisi müdafiə istiqamətində bütün post, status və ya şərh paylaşımını “dərhal görürlər” və həmin şəxsi total şəkildə linç edib, ən ağır sözlərlə təhqirlərə keçərək, sosial gərginlik görüntüsünü uğurla yaratmağa nail olublar.

Onların ötən iki gündə nail olduğu ən uğurlu hal isə xəbərsiz insanları, aktiv sosial şəbəkə istifadəçilərini informasiya manipulyasiyasına salaraq, öz sıralarına qatmasıdır. Belə ki, əslində hansı prosesin getdiyini bilməyən sosial şəbəkə istifadəçiləri bu şəbəkənin polisi müdafiə edən bütün şəxslərə total hücumunu “ümumi rəy” olaraq qəbul edirlər və informasiya manipulyasiyasına düşdüklərinin fərqində belə deyillər.

Kiçik araşdırma

Polisin başına butulka və zibil torbası atılmasına qarşı çıxan və proseslərə daha geniş yanaşmağa çalışanlar bir məqamdan şikayətçidirlər: necə olur ki, onların status, şərh və link paylaşımlarını Feysbuk dostlarından daha tez Feysbuk dostu olmayanlar görür və anında ən ağır söyüşlər yazılır? Bu söyüşlərin hədəfi nədir? Bu aqressiya və “virtual gərginliyi” kim yaradır?

Feysbuk istifadəçiləri yaxşı bilirlər ki, paylaşılan şərh ilk dəqiqələrdə sosial şəbəkə üzərindən aktiv münasibətin olan, statuslarına bu vaxta qədər şərh yazdığın və sənə şərh yazan şəxslərə göstərilir. Yalnız “bəyənmələr” artdığı halda onun əhatə dairəsi genişlənir və şərhlər həddən artıq çoxalanda o şərhlərdən birini yazanın FB dostu (sənin FB dostun olmayan) bu statusu görmək imkanı əldə edir.

Bu, hansısa xəbər linkinin paylaşımında daha məhdud çevrəni əhatələyir.

Amma iki gündür sosial şəbəkələrdə tamamilə fərqli mənzərənin şahidi oluruq: ictimai statusu olan şəxslər polislə bağlı şərh paylaşan kimi onu ilk saniyələrdəcə “görən” həmin şəxsin Feysbuk dostu olmayanlardır və bu, bir nəfər deyil. Status və ya link paylaşılandan cəmi bir neçə dəqiqə ərzində FB dostluğunda olmayanların onlarla təhqir, şantaj dolu, aşağılayıcı, əxlaqdankənar şərhləri ilə qarşılaşma bu prosesin mütəşəkkil dəstə tərəfindən həyata keçirildiyini və idarə olunduğunu sübut edir.

Ən maraqlı məqamlardan biri isə odur ki, dəstə münasibət bildirmir, mövqe bildirmir, daha çox söyüşlərdən istifadə edir. Hədəf isə aydındır: ictimai münasibətləri gərginləşdirmək, nifrət toxumu səpmək, insanları manipulyasiya edərək, ümumilikdə cəmiyyəti parçalamaq və ən son həddə çatdırmaq!

Daha bir önəmli fakt isə bu prosesdə iştirak edən şəxslərin böyük əksəriyyətinin profillərində sabiq Qafqaz Universitetinin və ya xüsusilə Türkiyənin bəlli dairələrə bağlı olduğu son illər sübut edilən ali məktəblərinin məzunları olduğunun göstərilməsidir.

Qafqaz Universitetinin təhsildən daha fərqli, təşkilatlanma ilə də məşğul olduğu isə artıq sübuta yetirilmiş bir faktdır.

Niyə bu məzunlar toparlanıb? Niyə onlar statusları dərhal “görürlər”? Onlara kimlər komanda verib?

ABŞ prosesləri

ABŞ-da bir qaradərilinin ölümü ilə başlayan aksiya və qarşıdurmaların artıq bir çox ölkəyə yayılması, xüsusilə demokratik dövlətləri əhatə etməsi və xalqın küçələrə çıxmasını müşahidə edirik.

Eyni prosesə start verilib: sosial şəbəkədə yayılan məlum videodan maksimum istifadə etməklə, bəlli ssenari ilə Azərbaycan polisinə qarşı böyük gözdənsalma kampaniyası aparılır, əxlaqdankənar ifadələrlə, söyüşlərlə gərginlik maksimal həddə çatdırılır və ölkədə stabilliyə ciddi zərbə endirmək hədəflənir.

Kampaniyanın başında kim dayanır?

Kampaniyanın başında xaricdə təhsil almış bəzi azərbaycanlı tələbələrin dayandığı və onların hansı aqressiya ilə prosesdə katalizator rolu oynadığı göz önündədir.

Adamlar həm də gizlənmir, sanki bütün vasitələrlə əndazəni aşaraq, həbsə can atırlar.

Hansı şəxsi maraqları var? Proseslə bağlı hansı mərkəzdən sifariş gəlib?

Bu təhlükəli prosesdə Azərbaycanın siyasi aktiv kəsimi hansı metodlarla susdurulur və onlar geri çəkilməyə necə vadar edilir?

Artıq proses nəzarətdən çıxır və bu barədə ölkənin aidiyyəti qurumları düşünməlidir.

Tarix
2020.06.10 / 09:41
Müəllif
Axar.az
Digər xəbərlər

İndicə Trampla danışdım: 5 gün qaldı, dua edirəm…

İran niyə yaxın 4 gündə zərbə endirməyə çalışır?

XİN-dən Fransanın Ermənistandakı səfirinə cavab...

Ağ Evin böyük planı: İranın İsraili vurmaq istəyi...

Paşinyan Azərbaycandan rəsmi oğurluğa start verdi - Video

Bayramov Dauti ilə danışdı: sülh prosesi…

Prezident onları təltif etdi

Daha bir ölkə rəhbəri Bakıya gəlir

Edi Rama COP29-da iştirak edəcək

Prezident dörd səfirin etimadnaməsini qəbul etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla