Yuxarı

ABŞ səfirliyi jurnalistika üzrə magistr proqramını elan etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ səfirliyi Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GIPA) Azərbaycan vətəndaşları olan namizədləri arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulu elan edir.

Səfirlikdən Axar.az-a bildirilib ki, dərslər ABŞ, Avropa İttifaqı, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılır. Bu proqram ABŞ-ın dövlət departamenti tərəfindən Açıq Cəmiyyət İnstitutunun əlavə yardımı ilə maliyyələşdirilir. Ümumilikdə proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsidir.

Bu proqramda iştirak üçün Azərbaycandan beş nəfər tələbə seçiləcək. Dörd semestrdən ibarət proqram 2020-2022-ci illərdə həyata keçiriləcək. Proqramın üç semestri – (sentyabr 2020-dekabr 2021) Tbilisi şəhərində GIPA-da keçiriləcək. Dördüncü semestrdə isə (2022 ilin yanvar-iyun aylarında) tələbələr Bakıda diplom işinə hazırlaşacaqlar. 2022-ci ilin iyul ayında tələbələr diplom işlərini müdafiə etmək üçün yenidən GIPA-ya qayıdacaqlar. GIPA-da təhsil aldıqları zaman tələbələrin kompüter, radio və video avadanlıqlardan, internet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr “Brosse Street Journal” adlı nəşrin həm çap, həm də internet versiyasını buraxacaq və GIPA FM radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaqlar.

Həm çap, həm də teleradio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və toplanmış təcrübə prinsipləri üzərində qurulub və faktlara əsaslanan peşəkar xəbər çatdırılmasını nəzərdə tutur. Burada, həmçinin idarəçilik üsullarına və iqtisadiyyat və hüquq fənlərinin tədrisinə diqqət ayrılacaq.

Dil imtahanından və müsabiqədən keçmək üçün namizədlərdən ingilis dili biliyi tələb olunur. ABŞ-ın Bakıdakı səfirliyi tələbələrin Gürcüstanda olan zaman təhsil haqlarını və yaşayışlarını maliyyələşdirəcək.

Qəbul üçün prosedur: ingilis dili imtahanı, inşa (ingilis dilində) və bu ilin sentyabrında Azərbaycan-ABŞ qəbul komissiyası üzvlərinin Bakıda keçirəcəyi müsahibədə iştirak.

Sənədlər iyulun 27-dək qəbul olunur.

Əlavə məlumat və sənədlərin təhvili üçün [email protected][email protected] ünvanları ilə əlaqə saxlamaq olar.

Tarix
2020.07.11 / 01:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla