Yuxarı

SOCAR şefi neftin qiymətindən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR şefi neftin qiymətindən danışdı

2017-ci ilə neftin qiyməti 80-90 dollar səviyyəsinə çata bilər.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib.

Onun sözlərinə əsasən, 2016-cı ilin dövlət büdcəsində neftin qiymətinin 50 dollar nəzərdə tutulması normal haldır: "Bu məsələyə ehtiyatlı yanaşmaq lazımdır. Bu səbəbdən gələn ilin dövlət büdcəsində qiymət 50 dollar səviyyəsində götürülüb. Neftin qiymətinin dəyişməsi tendensiyasına diqqət yetirsək görərik ki, qiymətlər gah azalır, gah da artır. Bunu son 20 ilin qiymət diaqramı göstərir. Bununla da 2017-ci ilədək neftin qiyməti 80-90 dollar səviyyəsinə çata bilər".

R.Abdullayev qeyd edib ki, neftin qiymətinin azalması ilə əlaqədar bəzi ölkələrin iqtisadi artım tempi artıb: "İqtisadiyyatın artması yanacağa tələbatı yüksəldir. Müvafiq olaraq, tələbat artdıqca qiymət də artır".

O, əlavə edib ki, İrana qarşı sanksiyaların ləğv edilməsi qiymətə ciddi təsir etməməlidir: "İran neft hasilatını dayandırmadı. İran onu daha aşağı qiymətə satırdı, indi isə açıq şəkildə reallaşdıracaq. Buna görə də qiymətə ciddi təsiri gözləməyə dəyməz".

Tarix
2015.04.04 / 15:28
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla