Yuxarı

İlham Əliyev "Son məktub"a məktub göndərdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev "Son məktub"a məktub göndərdi

Bu gün Bakıda Çanaqqala savaşından bəhs edən "Son məktub" filminin təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbir çərçivəsində, Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, AR Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov prezident İlham Əliyevin təbrik məktubunu oxuyub.

Məktubda deyilir: "Bu savaşın qəhrəmanlarının yaratdığı obraz, onların azadlıq və dövlətçilik arzuları, bir millət iki dövlət - Türkiyə və Azərbaycanın timsalında gerçəkliyə çevrilib. Tarixin ən ağır zamanlarında birlikdə olmuş xalqlarımız bu gün də bir-birinə hərtərəfli kömək göstərir. İqtisadi-siyasi, mədəni əlaqələrimiz durmadan genişləndirilir. Hər iki ölkə dinamik şəkildə inkişaf edir. Hər iki ölkə qarşılıqlı əməkdaşlığın, sülh və təhlükəsizliyin təmin olunmasına sanballı töhfələr verir. Müasir dövrdə dünyanın siyasi mənzərəsi əsaslı şəkildə dəyişmiş, vaxtilə Çanaqqala savaşında üz-üzə dayanan dövlətlər eyni dəyərləri bölüşərək dinc şəraitdə yaşayıb, yeni əməkdaşlıq yoluna qədəm qoyublar. Bununla belə təəssüf ki, regionumuzda barışa, əmin-amanlığa, xalqlar arasında dostluq və əməkdaşlıq mühitinin yaranışına yönəlmiş təhdidlər hələ də qalmaqdadır. Belə şəraitdə keçmişdən ibrət dərsi götürmək, geosiyasi qarşıdurmaların, müharibələrin, milli və dini ədavətin aradan qaldırılması üçün qəti tədbirlərin görülməsi üçün beynəlxalq hüququn norma və prinsiplərinə dönmədən riayət olunması zəruridir. Tarixi yaddaşın möhkəmləndirilməsi və vətənpərvərlik ideyalarının aşılanması əhəmiyyətli olduğu üçün ümumbəşəri dəyərlərin və mədəniyyətlər arası dialoqun təşviqi də indiki nəsillərin qarşısında duran mühüm vəzifələrdən biridir. İnanıram ki, təqdim olunan bu film, həm də nəcib amalların reallaşmasına xidmət göstərəcək. Filmin ərsəyə gəlməsində əməyi olan hər kəsi təbrik edir, yaradıcı heyətə yeni-yeni uğurlar arzulayıram" .

Tarix
2015.04.15 / 21:17
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü

Bayramov Tayani ilə görüşdü

Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb

Azərbaycan XİN Çinə başsağlığı verdi

İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan

Yanğına səbəb olan sahibkarı hansı cəza gözləyir?

Dedilər ki, Zəngəzur dəhliziniz var, gedin oradan keçin...

Yevdokimov: Bakı ilə bu rəqəm 5 milyarda çatacaq

Arakçının müavini Bakıda bu şöbəyə getdi, göstəriş verdi

Hacıyev Bakıda Arakçının müavini ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla