Yuxarı

Xalq artistinin oğlunun 20 mini məsciddən belə oğurlandı – Şok video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artistinin oğlunun 20 mini məsciddən belə oğurlandı – Şok video

Dünən ATV kanalında yayımlanan "Öz aramızda" verilişinin qonaqlarından biri - xalq artisti Cəfər Namiq Kamal qeyri-adi oğurluq hadisəsini danışmaqla çoxlarını heyrətləndirib.

Axar.az xəbər verir ki, aktyorun sözlərinə görə, oğlu zərgərliklə məşğul olur, həmçinin ibadət əhlidir. Üstündə başqa şəxslərin hazırlamaq və satmaq üçün verdiyi 20 min manatlıq qızıl-zinət əşyası ilə məscidə ibadətə gələn aktyor oğlunu talayıblar. O, namaz zamanı səcdəyə gedərkən orada olan gənclərdən biri əvvəlcə başqasının gödəkcəsini geyinib, lakin onun cibində qızılların olmadığını görüb və sonra zərgərin gödəkcəsini qızılları ilə bərabər oğurlayıb.

Hadisə anbaan məsciddə quraşdırılan kameralara düşüb. Oğrunun kameralardan xəbərdar olduğu və buna görə də başını yuxarı qaldırmadığı hiss edilir. Lakin video-yazının diqqətlə analizi göstərir ki, oğru məscidə tək gəlməyib: onun daha bir qadın və bir oğlanla əlbir olduğu ilkin baxışda ehtimal edilir. Oğrudan fərqli olaraq, digər əlbir olduğu şəxslərin görüntüləri kameralarda daha aydın görünür.

Polis artıq araşdırmaya başlayıb və Allah evindən oğurluq etməklə hamının narahatlığına səbəb olan oğru və ya oğruların qısa müddətdə ələ keçiriləcəyi ehtimal edilir.

Axar.az sözügedən videonu təqdim edir:

Tarix
2015.04.18 / 13:39
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla