Yuxarı

Bu, milyonlarla insana mənfi təsir edir - Prezident

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, milyonlarla insana mənfi təsir edir - Prezident

Qoşulmama Hərəkatı təsdiq edir ki, narahatlıq doğuran yeni sahələr və çağırışlar meydana gəlib. Burada BMT Nizamnaməsinin prinsip və məqsədlərinin, beynəlxalq hüququn prinsiplərinin bərqərar olunması və qorunması üçün beynəlxalq ictimaiyyət tərəfindən müvafiq öhdəlik yenidən nümayiş etdirilməlidir.

Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxışında bildirib.

Dövlət başçısı deyib ki, insan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm dünyada milyonlarla insana mənfi təsir etməkdə davam edir.

Prezident vurğulayıb ki, bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var:

"Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Özünün tarixi boyunca Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində fundamental rol oynamış və davamlı olaraq beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edilməsinə çağırmışdır. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir".

Tarix
2020.09.21 / 19:54
Müəllif
Axar.az
Digər xəbərlər

Onların etdiklərini heç vaxt yaddan çıxarmayacağıq

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bizi sanksiya ilə hədələyirdilər - İlham Əliyev

Azərbaycanda işsizlik aşağı həddə saxlanılır

Azərbaycanda iqtisadi inkişafla bağlı çətinlik gözlənilmir

Azərbaycan buna görə birinci yerdədir

Azərbaycan bir çox aspektlər baxımından... - Prezident

Azərbaycanın sabit, uğurlu inkişafı var - Prezident

Azərbaycanda "Roblox" bloklana bilər - Xəbərdarlıq

Ağdərənin Baş planı ilə tanışlıq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla