Yuxarı

Müharibə qapıdadır: Kreml Nikola kömək etməyəcək - Trofimçuk

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müharibə qapıdadır: Kreml Nikola kömək etməyəcək - Trofimçuk

Qarabağ hərbi-siyasi teatrında gözlənilənlər indi baş verir, çünki Tovuz bölgəsindəki döyüşlər ATƏT-in Minsk Qrupunun nümayəndələrinin Azərbaycana səfərlərindən sonra da lazımi şəkildə qiymətləndirilmədi.

Bu sözləri Axar.az-a tanınmış rusiyalı politoloq Qriqori Trofimçuk Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən son hadisələri şərh edərkən deyib.

Onun sözlərinə görə, problemin qəsdən “əyləcsiz buraxıldığı”, sərhəddə hərbi əməliyyatların davam edib-etməyəcəyinin isə Minsk Qrupunu o qədər də maraqlandırmadığı təəssüratı yaranır:

“Və heç bir qiymətləndirmə olmadığından, iyul təcavüzünün günahkarlarının adı açıqlanmadığı üçün bütün bunlar indi, sentyabrda davam edir. Tovuz hadisələrinin ilk günündə dediklərimi bir daha təkrarlayacağam: qurbanların hamısı ATƏT-in Minsk Qrupunun “ayağına yazılır” və indi kiminsə bu qrupdan hesabat alması vaxtıdır. Qoy indi məhz o, heç olmasa, bütün zərərçəkənlərə təzminat ödəsin. Bakının əlində məsələnin bu cür, daha konkret qoyuluşu üçün bütün imkanlar var. Ümumiyyətlə: ATƏT-in Minsk Qrupunun adının, deyəsən, Minskdə baş verən hadisələri nəzərə alaraq, keçmişdə qalması lazımdır. Heç bir beynəlxalq platforma üçün "Minsk" adı artıq sabitlik anlamını daşımır”, – deyə rusiyalı ekspert bildirib.

“Buna görə də ən çox gözlənilən nəticə elə müharibədir, sadəcə, sərhəddə aparılan müharibədən daha geniş bir miqyasda. Rusiya Federasiyası Ermənistan tərədində nəinki döyüşməyəcək, “Paşinyan naminə” heç kömək də etməyəcək. Bu fonda Ermənistanda hakimiyyəti dəyişdirmək üçün daxili cəhdləri istisna etmək olmaz, xüsusən də oradakı yerli müxalifətin artıq yenidən birləşməyə başladığı bir vaxtda”, - politoloq fikrini tamamlayıb.

Tarix
2020.09.21 / 22:40
Müəllif
Əli, Rəfiqə
Digər xəbərlər

Vaşinqtonda təxribat törədənlər deport edilməlidir - Teys

Ukrayna irəliləyir: 8 kənd azad edildi, 1400 km-dəki zavod isə...

Baş nazirin müavini açıqladı: Ağbənd-Kəlalə körpüsü hazırdır

Azercell rabitə modelini gücləndirir

Diplomatik xidmət əməkdaşları ilə bağlı mühüm qərar

Azərbaycan-Gürcüstan münasibətləri müzakirə olundu

Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq

Bakı aeroportunda yeni terminal inşa ediləcək

Ceyhun Bayramov Serinq Modou Njie ilə danışdı

Ölümü ilə dünya gündəmini zəbt edən El Menço kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla