Yuxarı

Qureviç: Qarabağda savaş niyə başladı? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qureviç: Qarabağda savaş niyə başladı? - Video

Ermənistan Azərbaycan ərazisinin 20 faizini qanunsuz olaraq işğal etdiyi halda 30 il ərzində dünya birliyi harada idi?

Axar.az xəbər verir ki, bu sözləri politoloq Roman Qureviç Yutubda yerləşdirdiyi video-çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan tam hərbi və texnoloji üstünlüyə sahib olmasına baxmayaraq, 30 il ərzində açıq hərbi əməliyyatlar etmək istəməyib:

“Çünki Bakını müharibə maraqlandırmır və rəsmi Bakı torpaqlarını diplomatik, qansız, dinc yollarla azad etmək üçün hər şeyi etdi”.

Politoloqun sözlərinə görə, Qarabağdakı vəziyyət son illərdə barıt çəlləyini xatırladırdı. Burada müxtəlif ölkələrin maraqları var:

“Azərbaycan, Ermənistan, Rusiya, İran, Türkiyə və sairə. Burada olduqca incə və ehtiyatlı davranmaq lazım idi. Paşinyan rəhbərliyi məqsədyönlü şəkildə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün siyasi proses cəhdlərinin qarşısını almağa başladı. İndi beynəlxalq hüququn istənilən normasına görə suveren Azərbaycana məxsus olan işğal olunmuş ərazilərin azad edilməsi üçün döyüşlər davam edir”.

Qureviç rəsmi Bakının münaqişəni sülh və diplomatiya yolu ilə həll etmək istəməsinə rəğmən müharibəyə başlamasının səbəbkarı kimi Ermənistanı göstərib:

“Əgər Ermənistan rəhbərliyi nümayişkəranə şəkildə müttəfiqlərini təşviqata vadar edirsə, Azərbaycanın bütün tolerantlığına, səbrinə, müharibə aparmaq istəməməsinə baxmayaraq, Azərbaycan tərəfinin öz torpaqlarını işğaldan azad etmək uğrunda başlatdığı ədalətli müharibəni düzgün seçim kimi qiymətləndirirəm”, – deyə politoloq bildirib.

Tarix
2020.10.01 / 15:23
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla