Tramp cəsur müsəlmandan danışdı: İnsanları xilas etdi!
00:48
| Ana səhifə Gündəm |
|
19:21
Ağdərədə separatçıların “yerli bölməsinin” inzibati binası Azərbaycan Ordusunun əks-hücumu nəticəsində məhv edilib.
Axar.az xəbər verir ki, bu barədə “Caliber Teleqram" kanalı öz mənbələrinə istinadla məlumat yayıb.
Qeyd olunub ki, Araik Arutyunyan və xüsusi xidmət orqanının rəhbəri Kamo Ağacanyan bir müddət binanın altındakı bunkerdə qalmalı olub.
Onun yaralandığı, şəxsi mühafizəçilərinin bir hissəsinin və Ermənistan silahlı qüvvələrinin işğalçı kontingentinin bəzi üzvlərinin məhv edildiyi bildirilib.
Xatırladaq ki, bu gün səhər saatlarında Araik Arutyunyanın şəxsi mühafizəçiləri ilə cəbhəyə “döyüşməyə” gəldiyi haqda məlumat yayılmışdı.
|
Tarix
2020.10.03 / 20:37
|
Müəllif
Axar.az
|